525.Az

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam verdi


 

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam verdi<b style="color:red"></b> Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncama əsasən, 1996-cı ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1979-1995-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
 
Sərəncamda o da qeyd olunur ki,  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2014-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.
 
Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.
 





04.03.2014    çap et  çap et