525.Az

“Azərsu”nun yeni ofis binası belə olacaq (Foto)


 

“Azərsu”nun yeni ofis binası belə olacaq <b style="color:red">(Foto)</b> Bakıda “Azərsu” ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir. Lent.az-ın məlumatına görə, ofis binası Heydər Əliyev prospektində, Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir. Tikintiyə keçən il başlanılıb və 2015-ci ildə binanın açılışı planlaşdırılır.
 
Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36326 kvadrat metr nəzərdə tutulub.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, proyekti Almaniyanın tanınmış şirkətlərindən olan “Heerim” idarə edir və tenderdə qalib gəlmiş Koreyanın “Halla” şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon dollardır.
 





05.03.2014    çap et  çap et