525.Az

MTN: Suriyaya döyüşməyə gedən dörd Rusiya vətəndaşı tutulub


 

MTN: Suriyaya döyüşməyə gedən dörd Rusiya vətəndaşı tutulub<b style="color:red"></b>

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfər saxlanılıb

Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən 2013-cü il ərzində dövlət sərhədinin mühafizəsi nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülüb.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatda bildirilir.
 
Hesabatda qeyd olunur ki, sərhədlərin mühafizəsi sayəsində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfəri isə saxlanılıb.
 
Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən 4 Rusiya vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib. 

 





05.03.2014    çap et  çap et