525.Az

"Qalatasaray"ın əfsanəvi futbolçusu həbs edildi


 

"Qalatasaray"ın əfsanəvi futbolçusu həbs edildi<b style="color:red"></b>

“Qalatasaray” və Rumıniya millisinin keçmiş futbolçusu George Popesku 3 il 1 ay həbs cəzası alıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, buna Popeskunun transferlərdə qanunsuzluq etməsi və vergidən yayınması səbəb olub. O, 1999-2005-ci illərdə 12 transferdə bu cür hərəkət etməkdə günahkar bilinib.

Qeyd edək ki, Rumıniya Futbol Federasiyasının prezidenti olacağı gözlənilən Popeskuya verilən cəza ölkədə təəccüblə qarşılanıb.

Xatırladaq ki, Popesku futbolçu karyerası ərzində PSV, "Tottenhem", "Barselona", "Qalatasaray" kimi klubların şərəfini qoruyub. O, İstanbul təmsilçisinin 2000-ci ildə UEFA kubokunu qazanmasında böyük rol oynayıb.

 





05.03.2014    çap et  çap et