525.Az

Azad Rəhimovdan “Formula-1” açıqlaması


 

Azad Rəhimovdan “Formula-1” açıqlaması<b style="color:red"></b> Gənclər və idman naziri Azad Rəhimov Bakıda Formula-1 üzrə Dünya Qran-prisinin mərhələ yarışlarından birinin keçiriləcəyinə dair iddialara münasibət bildirib.

Lent.az-ın məlumatına görə, Rəhimov jurnalistlərə açıqlamasında bu barədə danışıqların yarım ildən artıqdır aparıldığını söyləyib.
 
Onun fikrincə, artıq danışıqlar son mərhələdədir. Geniş açıqlama isə müvafiq sənədin imzalanma mərasimində veriləcək. Nazir bildirib ki, söhbət belə bir yarışın 2016-cı ildə keçirilməsindən gedir. Amma o, Bakıda konkret hansı məkanın “Formula-1” üçün ayrılacağını deməyib: “Yarış Bakı küçələrində olacaq”.
 





05.03.2014    çap et  çap et