525.Az

Havanın temperaturu düşəcək


 

Havanın temperaturu düşəcək<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftə sonu Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, martın 6-dan 7-nə keçən gecədən başlayaraq martın 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
 
Martın 7-si gündüzdən 8-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
 
Sabahın hava proqnozuna gəlincə, martın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında martın 6-da hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin, gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8 isti, gündüz 9-14 dərəcə, bəzi yerlərdə 17 dərəcəyədək isti olacaq.

 





05.03.2014    çap et  çap et