525.Az

Xocalı faciəsi Brüsseldə anıldı


 

Xocalı faciəsi Brüsseldə anıldı<b style="color:red"></b>

Silsilə tədbirlər davam edir 

"Xocalıya ədalət" çərçivəsində keçirilən tədbirlər qanlı soyqırımın törədildiyi 26 fevral anım günündən sonra da davam etdirilir. Bu barədə Belçikanın paytaxtı Brüsseldən   Dünya Azərbaycanlıları Konqresinin  sədr müavini, Türkiyədə yaşayan həmyerlimiz, Asif Qurban məlumat verib. O, deyib:

- Azərbaycanın Belçikadakı səfirliyi, Dünya Azərbaycanlıları Konqresi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə paytaxt Brüsseldə keçirilən "Qafqazda bölgədə erməni problemi" adlı elmi-praktiki konfrans Xocalı soyqırımının 22-ci ildönümündən bir neçə gün sonra keçirilsə məqsəd bir idi: soyqırım faktı, erməni təcavüzü heç vaxt unudulmamalıdır!

Tədbir Belçikanın aparıcı təhsil ocaqlarından biri olan "Brüssel Azad Universiteti"ndə baş tutdu. Konfransda çıxış edən səfir Fuad İsgəndərov  mövzu çərçivəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açdı. Xocalı qətliamını dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kmi qiymətləndirdi.

Qafqaz məsələləri üzrə mütəxəssis, belçikalı araşdırmaçı Mişel İvor 20 ildən artıq bir müddətdə davam edən erməni işğalı, onun Azərbaycan bölgə üçün  ağır nəticələri haqda məruzə ilə çıxış etdi. Türkiyənin Dokuz Eylül Universitetinin professor Vəfa Qurban ermənilərin Osmanlı dövründən başlayaraq Türkiyədə törətdikləri cinayət qətliamlar haqqında söz açdı. Millət vəkili Qənirə Paşayeva Qarabağla bağlı həqiqətlərin vətəndən uzaqda yaşayan gənc nəslə çatdırılmasının vacib olduğunu söylədi. O, Xocalı qətliamının tək azərbaycanlılara qarşı deyil, bütün türklərə qarşı törədildiyini qeyd etdi, Azərbaycan türk diaspor təşkilatlarının vahid şəkildə fəaliyyət göstərməsinin  daha əhəmiyyətli olduğunu vurğuladı.

Asif Qurban qeyd edib ki, tədbirdə Avropada fəaliyyət göstərən Azərbaycan-Türk diaspor qurumları, Belçikada təhsil alan tələbələr fəal iştirak ediblər. Qərara alınıb ki, belə tədbirlərin keçirilməsi davamlı olmalıdir. Biz bununla da Avropada Qarabağ münaqişəsinin elmi müstəviyə çıxarıb,problemin həllinə kömək edə bilərik bu istiqamətdə fəallığımızı artırmalıyıq.

Asif Qurban təşkil etdikləri tədbirin uğurundan məmnunluğunu qeyd edərək bildirib ki,  bu tipli tədbirlərin Avropanın mərkəzində keçirilməsi çox önəmlidir. Azərbaycan Türkiyədən başqa Avropada, eləcə dünyanın müxtəlif ölkələrində keçirilən    bu cür tədbirlər Avropada dünyada  bizə qarşı formalaşan ikili standart düşüncələrin dağılmasına  kömək edəcək.

Konfrans zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən cavablandırılıb. 

Firəngiz AĞALAR

 





05.03.2014    çap et  çap et