525.Az

Krım tatarları blokadadakı Ukrayna sərhədçilərinə ərzaq payladı (Video)


 

Krım tatarları blokadadakı Ukrayna sərhədçilərinə ərzaq payladı<b style="color:red"> (Video)</b> Krım tatarları Baxçasarayda xidmət edən Ukrayna əsgərlərinə ərzaq paylayıblar. Lent.az-ın “Arqumentı i faktı”ya istinadən məlumatına görə, onlar yeməkləri hərbçilərə bütün mümkün vasitələrlə çatdırıblar.
 
Kimisi yeməkləri hərbi hissənin üzərindən, kimisi isə qapılardakı kiçik arakəsmələrdən çatdırıb. Naməlum hərbi birləşmələr tərəfindən blokadaya alınmış Ukrayna qoşunları buna görə tatar ailələrinə minnətdarlıq ediblər.
 
Hazırda Ukraynanın 8 sərhəd birləşməsi blokadaya alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin rəisinin I müavini Pavel Şişolin açıqlama verib. Digər tərəfdən, Rusiya hərbçilərinin bu birləşmələrə 6 hücum halı qeydə alınıb. Amma bütün sərhədçilər öz tapşırıqlarını yerinə yetirməkdədirlər. Habelə, Ukraynanın bütün buraxılış məntəqələri işləyir.
 
Habelə, Ukraynanın Dövlət Sərhəd Xidməti Xerson və Zaporojye vilayətlərinin Krımla sərhədində daimi blok-postlar formalaşdırıb. Orada 300-dək hərbçi işləyir. Onlar sutka boyunca insanların, yüklərin və malların Krıma və geriyə aparılmasına nəzarət edirlər.

 





05.03.2014    çap et  çap et