525.Az

Elektrik enerjisinin qiyməti qalxacaqmı?


 

Elektrik enerjisinin qiyməti qalxacaqmı?<b style="color:red"></b>

Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisinin paralel ötürülməsini tutan enerji körpüsü layihəsi artıq bu il ərzində işə salınacaq.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında «Azərenerji» ASC-nin sədri Etibar Pirverdiyev bildirib.
 
Onun sözlərinə görə, Mingəçevir şəhərindən Gürcüstan sərhədinədək və Gürcüstanda elektrik ötürücü xətlər artıq tam hazır vəziyyətə gətirilib: «Hazırda Gürcüstan-Türkiyə sərhədində işlər aparılır. Fikrimcə, yaxın vaxtlarda bu xətt işə salınacaq».
 
E.Pirverdiyev Azərbaycanda elektrik enerjisinin qiymətinin artması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, «Azərenerji» tərəfindən bününla bağlı Tarif Şurasına təklif təqdim olunmayıb.

 





05.03.2014    çap et  çap et