525.Az

Dünya çalxalandıqca sanki durulur


 

Dünya çalxalandıqca sanki durulur<b style="color:red"></b>

Gorüşmək üçün mənzilinə getdim. Yenicə çapdan çıxmış kitabımı təqdim etmək istəyirdim. Əslində kitab bir bəhanəydi...

Üçüncü dəfəydiki bu mənzildə olurdum. Son görüşümüz iki il əvvəl olmuşdu. Bu müddət ərzində mənzildə heç dəyişməmişdi. 80-ci illərin təmiri, mebeli, demək olar ki, o illərin abu-havası hələdə mənzildə qalırdı. Ancaq bu ilk baxışda belə görünürdü. Kresloda əyləşib həmsöhbətimi dinlədikcə, qonaq otağının güncündə olan canlı dekorativ ağac da qarışıq, mənzildə olan hər bir əşyadan belə yalnız müsbət enerji ala bilərdin.

* Gəlmişəm müsbət enerji alım,- deyə söhbətə başladım.

* qədər istəsən ala bilərsən, təki mənfi enerji verməyəsən...

Beləcə söhbətə başladıq. İki saat vaxtımız var idi. İkinin yarısında görüşə gedəsiydi...

* Prosesləri izləyəndə görürsən ki, cəmiyyət sanki alternativ fikri ya qəbul etmir, ya da ona hazır deyil. Axı hər birimiz, məmurundan tutmuş, aliminədək, sıravisindən başlamış hətta cinayətkarınadək, hamı gözəl bilir ki, alternativ fikir cəmiyyətin inkişafı deməkdir. Bunu bildiyimizdən nədən əks fikri qəbul etmirik?

* Keçmiş SSRİ-nin bir çox məqamlarına dəyər versəm , hər ikimiz o dövrdə təhsil alsaq da, deyərdim kommunizmin ən mənfi cəhəti hər şeyi bir rəngdə görmək idi. Məhz bu cəhət kommunizm ideologiyasını məhvə apardı, onu urvatdan saldı. "Bizdən deyilsənsə, düşmənimizsən"-fikri heç bir zaman qəbul edilə bilməz.

Dünya palitrasında az qala yüz minlərlə rəng çaları olduğu halda, bizim bu dünyanı bir rəngdə görməyimiz heç bir məntiqə sığmır. Dünya hər zaman çalxalanmağa maraqlıdır. Çalxalandıqca sanki durulur. Zəlzələlər, vulkan püskürməsi elə dediyim fikrə əyani misaldır. Yer kürəsi bununla sanki özünü təmizləyir, nizamlayır. Belə hadisələr təbiidir. onu təbii qarşılamaq lazımdı. Bu cür proseslərdən qorxmaq lazım deyil. Onlar baş verməsə daha böyük fəsadlar baş verə bilər. Yəqin zamanında hər şey qaydasına düşəcək.

* Bəlkə zamanı tələsdirək?

* Yox

, bu mümkün deyil. Durulmaq zamanı gəldikdə hər suala asanlıqla cavab tapılacaqdır...

Bu günün sualını tamamlayıb, keçmişə qayıdırıq. Söhbətimiz davam edir. Bu dəfə yolumuzu Ağdamnan salırıq. Oxuduğu dövrdə hamını olmasa da, bir çoxları haqqında danışırıq. Həyata ümidlə baxır. O illərə qayıdacağımıza, o torpaqlarda yenidən yaşayacağımıza da inanır. Bu arada mərhum həyat yoldaşından sitatda gətirir. Vaxtilə Bakıda "Azadlıq" prospektindəki Ağdamda Voroşilov küçəsindəki yaşadıqları mənzillərindən danışır. Xanımından danışarkən səsində kövrəklik hiss olunur. Mövzunu dəyişmək üçün mətbəxə keçir. Vəziyyəti başa düşüb başqa mövzuya keçid edirəm...

-1958-ci ildə 10-cu sinifdə oxuduğunuz vaxt Ağdam rayonunda nəşr olunan "Lenin yolu " qəzetində maraqlı yazı rastıma çıxmışdı. Qəzetlə əməkdaşlıq edən ən fəal şagrid kimi şəklinizidə qəzetdə vermişdilər. Təsəvvür edirsiniz , o dövrdə qəzetdə şəklin çıxması, üstəlik haqqında maraqlı yazının verilməsi demək idi...

-Yadımdadır. O illərində öz gözəlliyi var idi. İnsanlarda səmimilik hissi daha çox idi. Alıb aldatmaq yox idi. Bir çətinə düşəndə heç kim köməyini əsirgəməzdi. Yaxşı illər idi. İmkan az olsa da, camaatın ürəyi geniş idi. İndi o abu-hava qalmayıb. İnsanlarda aqressiya artıb. Başa düşüləndi. Uzun illər boyu yaşadığı məmləkəti tərk etmək mənə ağır gəlir. Mən o torpaqda böyümüşəm, bir nömrəlisində təhsil almışam. O havanı, o suyu içmişəm. Mənə bir ziyalı olaraq çox ağır gəlir ki, Çıraqlı kəndindən oyana gedə bilmirəm. Elə ay olmazdı ki, rayona getməyim. Hər dəfə Xudu müəllimi Ağdamda dostlarıyla-Nurəddin Rzayev, Bəxtiyar Vahabzadə Zeynal Məmmədovla görəndə qədər Siz alacağınız müsbət enerjidən alırdım...

Həmsöhbətim AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə ikisaatlıq söhbətdən yalnız iki məqama toxundum. bu məqamlardan saatlarla danışmaq yazmaq olar. Yəqin digər məqamlarda vaxtsa yazıya köçürüləcək...

Həmsöhbətim daim öz sadə, səmimi dəyərli elm xadimi olmasıyla fərqlənir. Deyərdim ki, bu gün Rafiq Əliyev tək Ağdamın Qarabağın deyil, bütün Azərbaycanın vizit kartına çevrilib. Öz elmi fəaliyyətiylə, vətənpərvərliyi daim obyektiv mövqedə dayanması ilə...

İki saatın necə keçdiyini hiss etmirəm. Maraqlı söhbət alınmışdı. Özümü sanki hansısa yüksək zirvədə hiss edirdim...

Maraqlıdır ki, XII əsrdən söz düşəndə daha çox Nizami Gəncəvini, XV əsrdən Şah İsmayıl Xətaini, XIX əsrdən M. F. Axundov, Seyid Əzim Şirvanini, M.Ə.Sabiri göz önümüzə gətiririk... Halbuki həmin illərdə minlərcə insan doğulub, dünyada yaşayıb izsiz-tozsuz, səssiz-səmirsiz bu dünyadan köçüb. Bizə isə yalnız barmaqla sayıla biləcək adamlar qalıb. Xalqı, onun dövlətini yaşadan da məhz belə ziyalı insanlardır...

Qəti əminəm ki, XX əsr haqqında danışanda sıralamada Xudu Məmmədovun adının olacağına, XXI əsrin ziyalıları sırasında isə Rafiq Əliyevin adı iftixar hissilə çəkiləcəkdir.

 





05.03.2014    çap et  çap et