525.Az

Bakı metrosunda oğlan qatarın altında qaldı (Yenilənib)


 

Bakı metrosunda oğlan qatarın altında qaldı <b style="color:red">(Yenilənib)</b> Bu gün Bakı Metropolitenini “Ulduz” stansiyasında qatarın altında qalan şəxs Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Xəstəxanadan Lent.az-a verilən məlumata görə, 30-35 yaşlı şəxs ağır vəziyyətdə qəbul şöbəsinə gətirilib və birbaşa əməliyyata götürülüb. Daxil olarkən yaralı özündə olmayıb. Hazırda onun qolu amputasiya edilir.


__________

Metronun “Ulduz” stansiyasında sərnişin qatarın altına yıxılıb
 
Bu saatlarda Bakı Metropolitenində dəhşətli anlar yaşanıb. Metronun “Ulduz” stansiyasında sərnişin qatarın altına yıxılıb.
 
Hadisə zamanı qatarın altına düşən 25 yaşlı kişinin qolu amputasiya olub. Onun başından da travma aldığı bildirilir. Sərnişin xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. (ANS Press)
 





05.03.2014    çap et  çap et