525.Az

Universitet: ömrümüz, həyatımız...


 

Universitet: ömrümüz, həyatımız...<b style="color:red"></b>

Beş il bundan əvvəl elə bu sərlövhə ilə bir yazım getmişdi qəzetdə. Bu gün həmin sərlövhəyə, həmin mövzuya yenidən qayıtmağımın yeni motivasiyası var. O zaman həmin yazıda universitet haqqında düşüncələrimi bu böyük elm təhsil məbədinin 90 illik yubileyinə ünvanlamışdım. Bu gün həmin mövzuya bir daha qayıtmağım Bakı Dövlət Universitetinin yaxınlaşmaqda olan 100 illik yubileyinə bir prelüdiya hesab oluna bilər. Prelüdiya ona görə ki, universitet əməkdaşları doğma ocağı bitirmiş jurnalistlərimizin yəqin ki, xalqın elm, təhsil, mədəniyyət, vətəndaşlıq faktı kimi qiymətləndirilən Bakı Dövlət Universitetinin keçdiyi tarixi inkişaf yoluna işıq saçan yazılarla çıxış edəcəklər.

Universitet sözünün istər ensiklopediyalarda, istərsə ictimai fikirdə çox ağır çəkisi, elm tədris sahəsində xüsusi fundamentallıq məzmunu daşıyan mənası var. Universitet hər bir ölkənin, xalqın elm, təhsil, mədəniyyət, dünyagörüşü, bəlkə milli varlıq pasportudur. İlk universitetlərin yarandığı İtaliya, İspaniya, Fransa, İngiltərə kimi ölkələrin milli qürur mənbələrinin başında bu elm təhsil məbədinin varlığı dayanır. Azərbaycan xalqı da özünün Təbriz universtitetlərinin qədimliyi ilə öyünə bilər. Lakin universitet anlayışının klassik mənasını özündə daşıyan belə bir müəssisə Azərbaycanda 1919-cu ildə - Xalq Cümhuriyyəti dövründə - ölkənin müstəqillik əldə etməsilə bir zamanda yarandı. Azərbaycanda fundamental təhsilin elmin inkişaf prosesi bu möhtəşəm hadisədən sonra başlamışdır.

Azərbaycan Dövlət Universitetinin - indiki Bakı Dövlət Universitetinin xüsusi inkişafı daim yüksələn xətlə getmiş heç vaxt geriləməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 25- "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında deyilən aşağıdakı fikir universitetin xalq həyatında yerini dəqiq müəyyən edir: "Bakı Dövlət Universiteti müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi yarandığı vaxtdan bəri ötən müddət ərzində ölkəmizdə ali təhsilin elmin tərəqqisi naminə əvəzsiz xidmətlər göstərmişdir. Yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə mədəni-mənəvi dəyərlərimizin  yaşadılması istiqamətlərində universitet üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlir". Bu sətirlərdəki hər bir fikrin ardınca - məsələn, universitetin  Avropa tipli ali məktəb statusu, ölkədə elm təhsilin inkişafındakı xidmətləri, mədəni-mənəvi dəyərlərimizin  yaşadılması prosesindəki yeri, milli kadr hazırlığındakı rolu s. xidmətlərin hər biri barədə ayrı-ayrı geniş fundamental əsərlər yaratmaq mümkündür. Prezident sərəncamında belə bir cəhət xüsusi vurğulanır ki, "Azərbaycanın simasını müəyyən edən dövlət, elm mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirməlidirlər. Xalqımızın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir".  Bunlar Bakı Dövlət Universitetinə verilən dəqiq qiymətlərdir.

Bakı Dövlət Universiteti bütöv bir xalqın, dünya azərbaycanlılarının, şimallı cənublu Azərbaycanımızın güvənc yeridir. Bu günlərdə - fevralın 24- universitetin filologiya fakültəsinin müdafiə şurasında bir dəfəyə iki cənublu soydaşımız filologiya üzrə fəlsəfə doktoru  adı almaq üçün dissertasiya müdafiə etdi. Bu müdafiələrin mövzu aktuallığı, tədqiqat sahələrinin cənublu-şimallı milli varlığımıza bağlılığı bir yana, BDU-nun İran Azərbaycanı üçün hazırladığı kadrların səviyyəsi heyranlıq doğururdu. Bakı Dövlət Universiteti məzunlarının sorağı bu gün dünyanın ən ciddi elm, tədris ocaqlarından gəlir. Universitet kollektivi onun inkişaf mərhələlərinin bütün çağlarında heç bir çətinliyə əyilməmiş, universitet müəllimi adını qürurla  daşımışlar. Lakin hər bir inkişaf mərhələsinin öz çətinlikləri uğurlarının ayrıca faktları olur. Bakı Dövlət Universiteti 1990-  illərin ikinci yarısından bu gün öz  inkişafının tam mənada özəl faktlarını yaşayır. Bu günün istər təhsil, elm, istərsə quruculuq sahəsindəki uğurlarına diqqət etdikdə, ilk növbədə belə  bir postulat barədə düşünürsən: hər şeyi kadr həll edir! Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov universitetin inkişafı uğrunda fəaliyyətdə, sözün müstəqim mənasında, gecəsi, gündüzü olmayan bir rəhbərdir. Onun rektor olduğu illər universitetin bütün yönlərdə inkişafının xüsusi mərhələsidir. Ölkə təhsilinin Avropa təhsilinə inteqrasiyası ali məktəblər sistemində Bakı Dövlət Universiteti onun islahatçı rektorunun adı ilə bağlıdır. Bizim universitet ölkədə ilk olaraq Boloniya sisteminə, magistratura təhsil pilləsinə keçmişdir. Universitetin bütün təhsil sistemi yenidən qurulmuş, təhsil proqramları, müasir dünya standartları səviyyəsində yenidən hazırlanmışdır. Universitetin kadr arsenalında 8 akademik, 253 elmlər doktoru, 900-ə yaxın elmlər namizədi var. Universitet Elmi Şurası bu müəssisənin ali idarə orqanıdır. Universitet kollektivi Elmi Şuranın hər iclasından nəinki Bakı Dövlət Universitetinin, habelə ölkə ali təhsilinin taleyinə əsaslı təsir göstərən qərarların qəbul olunduğunun şahididir. Bu gün universitet tələbələri əvvəllərdəki kimi, müəllimə tabe olan bir fərd deyil. İndi  müəllimi tələbə seçir onun tədris bacarığından, müasirlik səviyyəsindən  asılı olaraq mühazirələrini dinləməyə qərar verir. Universitet tələbəsi bu gün sərbəst, müstəqildir, heç kimdən asılı deyil. Universitetin rektoru həmişə, bütün məqamlarda tələbənin yanındadır. İkinci ildir ki, BDU tərəfindən tətbiq olunan Dövlət imtahanları artıq öz səmərəsini verməkdədir. Yəqin bu imtahanların nəticəsidir ki, ölkədə magistraturaya qəbul zamanı tutulan yerlərin 85 faizə qədəri Bakı Dövlət Universitetinin bakalavr pilləsinin məzunlarına  məxsusdur. Abel Məhərrəmov universitetdə dövlət imtahanlarının tətbiqində bir məqsəd güdür: universiteti bitirən tələbənin qalıq biliyinin - yəni onun özü ilə apardığı biliyin səviyyəsini öyrənmək. Rektor məqsədinə nail oldu: ölkədə magistratura pilləsinə qəbulun 85 faizini ancaq bu yolla əldə etmək olardı. Abel müəllim universitet kollektivinin müasirləşməsi, çağdaş dünya ilə  ayaqlaşmasını ön plana çəkib. Bunun üçün, əlbəttə, hər şeydən əvvəl, vətəndaş-alim, vətəndaş-müəllim keyfiyyəti yaranmalı, yeni, müasir informasiya texnologiyası tətbiq edilməli, dünya tədris prosesi öyrənilməlidir. Bütün bunlar universitet kollektivinin bu gün ciddi məşğul olduğu proseslərdir.

Universitet özünün ən yeni inkişaf mərhələsində tamamilə abadlaşıb, təzədən qurulub. Bu ilin yay mövsümündə universitet nəhəng tikinti meydanına bənzəyirdi. Yeni tədris korpusları yeni köməkçi təsərrüfat binaları...

Keçən ilin yayında Qubada Universitetin Tədris Təcrübə Bazası istifadəyə verildi. Beşmərtəbəli bu Tədris  Təcrübə Bazasının tikintisində rektor A.Məhərrəmovun fəal bir fəhlə kimi çalışdığı hamımızın yaxşı yadımızdadır. Onun bir rəhbər işçi kimi, bir dövlət məmuru kimi fəaliyyət prinsipi vardır: hər şey tələbə üçün, hər kəs tələbə üçün... Bu gün rektorun təşəbbüsüilə universitetə yeni texnologiya yeni avadanlığın gətirilməsi sürətlə davam edir. Bakı Dövlət Universiteti bu gün tamamilə - istisnasız olaraq ən müasir ən yaraşıqlı mebel dəstləri ilə təmin edilib.

Mən indi bu sətirləri yazıram bu günlərdə Bakı Dövlət Universitetində bəzi tələbələrin yaranmış, amma həll edilməkdə olan problemlərlə bağlı narazılıqlarını yada salıram. Əslində respublika təhsil rəhbərliyi tərəfindən qəbul edilən yeni kredit qərarı ilə bağlı olan bu problemin həlli üçün BDU rəhbərliyi ciddi müzakirələr apardı. Təəssüfdoğuran odur ki, bəzi kütləvi informasiya vasitələri rektor-tələbə müzakirələrində özünü göstərən bəzi emosional anları reklam bazarına giriş naminə kütləyə qərəzli şəkildə təqdim etmək, sensassiya xarakterinə faktı şişirtmək təşəbbüsü göstərdilər. Bu məqamda Bakı Dövlət Universitetinin dövlətə dövlətçiliyə, xalqa xidmət səylərini nəzərə almaq mütləq lazımdır. Bir neçə tələbənin əvvəlcədən kəsiri qalmaqdan ehtiyat edərək öz iddialarını emosional şəkildə bildirməsi barədə təqdim olunan haylı-küylü, qərəzli, faktı şişirdən reportajlarda Qərb ölkələrinin inkişaf etmiş müsəlman ölkələrinə yeritdiyi dağıdıcı inqilabi arzulamaq məqsədi güdmürdümü?

Belə anlarda Bakı Dövlət Universitetinin dövlət millət yolundakı xidmətlərini xatırlatmaq imandan olardı.

Bəli, yuxarıda qeyd etdim ki, bütün ensiklopediyalarda universitet anlayışı elm təhsilin birgəliyi kimi izah edilir. Bakı Dövlət Universitetində bu potensialı elmi potensialın gerçəkləşdirilməsinin tarixi ənənələri mövcuddur. Bu günkü rəhbərlik bu ənənəni yeni üsullar yeni fəaliyyət tapıntıları ilə daha yüksək zirvəyə qaldırmışdır. Azərbaycan Milli Elmlər Akademiyası ilə elm sahəsində sinxron fəaliyyət bu üsullardan biri kimi bir neçə ilin məhsuludur. Bakı Dövlət Universiteti Milli Elmlər Akademiyasının hər tədris ilinin sonundakı birgə elmi hesabatı diqqətəlayiq faktları ilə birgə fəaliyyətin necə böyük səmərə verdiyini sübut edir.

Belə bir fakt etiraf edilməlidir ki, universitetin bir sıra fakültələrinin hər biri tədrislə bərabər, həm bütöv bir tədqiqat institutunun işini görür. Kimya, fizika, tətbiqi riyaziyyat kimi fakültələrin əməkdaşları artıq onlarca, bəzən yüzlərcə məqalə monoqrafiyaları ilə beynəlxalq elmi aləmə çıxmaqdadır. Azərbaycanda impakt-faktor statusu ilə nəşr olunan nadir elmi jurnallardan biri Bakı Dövlət Universitetinin Riyaziyyat Elmi Tədqiqat İnstitutuna məxsusdur. Elmi əsərlərlə beynəlxalq miqyasa inteqrasiya rektorun təkcə təşəbbüsü deyil, həm qəti tələbidir. Çünki bu gün elmi fəaliyyəti yalnız ölkə daxilində aparmaqla kifayətlənmək olmaz. Universitet alimlərinin əsərlərini beynəlxalq aparıcı jurnallara, nəşriyyatlara çıxarmaq işində dil baryerini aradan qaldırmaq üçün xüsusi tərcümə qrupu yaradılmışdır. Bu qrup alimlərin İnternet əlaqələrini, elmi populyarlığını təmin etmək öhdəliyini öz üzərinə götürmüşdür. Hər il universitet əməkdaşlarının elmi fəaliyyətinin reytinq cədvəlinin monitorinqi keçirilir. Bununla həm ən yaxşı ən çox elmi əsərləri olan alimlər mükafatlandırılır, elmi fəaliyyəti ilə yüksək göstərici əldə etmiş əməkdaş "İlin alimi" nominasiyasının qalibi elan olunur. Bu nominasiyalar sırasında "İlin müəllimi", "İlin dekanı", "İlin kafedrası" kimi yaradıcılığa stimul verən mükafatlar vardır.

Bakı Dövlət Universitetində əməkdaşların elmi fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ayrı-ayrı elmi sahələr üzrə Müdafiə Şuraları Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası ilə birgə fəaliyyət göstərir, hər il neçə-neçə namizədlik, doktorluq müdafiələrinin təşkilinə şərait yaradır. Universitetin fundamental kitabxanasının ən müasir avadanlıqlarla təchiz olunmuş oxu zalında Azərbaycan alimləri ilə yanaşı Gürcüstanın, Qazaxıstanın, Rusiyanın bir çox digər ölkələrin tədqiqatçılarına rast gəlmək adi haldır.

Ulu öndər Heydər Əliyevin "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir" sözləri universitet kollektivinin qürurla xatırladığı universitetin ən görkəmli guşəsində özünə yazılı yer tapdığı bir fakir kimi həqiqəti əks etdirir. Həqiqətən Bakı Dövlət Universiteti xalqımızın qürur mənbəyidir. Onun əməkdaşlarının - texniki işçilərindən tutmuş akademikinə qədər hər kəsin qəlbində bir universitet patriotluğu var. Ömrünün 50, bəzən 70 ilini bu universitetə həsr edən alim-pedaqoqlarımız indi yaşayıb yaratmaqdadır.

Nəsildən nəslə keçən bu patriotluq bizim müstəqillik günlərimizdə daha böyük məzmun kəsb edir. Universiteti bitirən ən mükəmməl bilikli, dövlətə, azərbaycançılığa sədaqətli məzunlara burada üçün həmişə yer var. Universitetin elmi fəaliyyətinin səsi-sorağı indi uzaq-uzaq ölkələrdən gəlir. Rektor gənc alimlərə diqqəti artırmağı, kadrları cavanlaşdırmağı kafedraların üzərinə ayrıca vəzifə kimi qoymuşdur. İndi universitetin çeşidli kafedralarında yüzlərcə cavan kadr öz potensial imkanlarını gerçəkləşdirməkdədir. Bu sətirlərin müəllifi taleyini lap yaxın keçmişdə bitirdiyi doğma universitetə bağlamışdır. Jurnalistika fakültəsinin təmiz dünyasında ilk dəfə işə başlamışam. Bir zaman tələbə olduğum auditoriyalarda hər dəfə müəllim kimi dərsə girəndə təmiz dünyası ilə alimlik, müəllimlik istedadı ilə hamıya örnək olan müəllimlərimin üstümüzə qoyduğu məsuliyyəti hiss edirəm. Bu məsuliyyətdə elmə, tədrisə, Vətənə, dövlətçiliyə sədaqət ilk sırada dayanır. hiss edirsən ki, hər şey ənənəyə, hər şey doğru qoyulmuş qaydalara bağlıdır. Universitet bütöv xalqın qürur mənbəyi, güvənc yeridirsə, bu inama, bu qürura kölgə salacaq nəyəsə yol vermək Allah Peyğəmbər qarşısında, Azərbaycan qarşısında günah sayılar. İndi qohumların, tanış-bilişlərin Universitetə ayaq basmaları hər birimizdə qürur hissi yaradır: yaraşıqlı tədris binaları, səliqəli auditoriyalar, tərtəmiz dəhlizlər, yaradıcılığa hər cür imkan yaradan kafedralar, laboratoriyalar, idman zalları, idman hovuzları, futbol meydançası, əməkdaşların avtomobilləri üçün yüksək səviyyəli dayanacaqlar s. s. Bütün bunlar rektor Abel Məhərrəmovun xarici səfərlərdən gətirdiyi təcrübəni gerçəkləşdirməyə Azərbaycan hökumətinin yaratdığı maliyyə imkanlarının nəticəsidir. 

İndi universitetin onlarca xarici universitetlərlə elmi, tədris əlaqələri mövcuddur. Türkiyənin, Rusiyanın, Polşanın, Amerikanın, Fransanın, İranın, Çinin digər ölkələrin universitetləri ilə əməkdaşlığın konkret nəticələri bütün sahələrdə aydın hiss olunmaqdadır. Bu ölkələrin bir çoxunun prezidentləri, universitet rektorları, müxtəlif nümayəndələri on beş il bundan qabaq bizim universitetə qonaq gələndə köhnə mebellərə, köhnə avadanlıqlara görə narahatlıq hissi keçirdiyimiz vaxtlar da çox olub. Amma bu gün... Bu gün həmin qonaqların ən gözəl universitet salonlarında, ən müasir tədris binalarında qəbulu adamda universitet adına yeni bir qürur hissi yaradır. Bakı Dövlət Universiteti indi hər gün, hər saat inkişaf edir. Daha beş il keçəcək bu doğma ocağın 100 illik yubileyi qeyd olunacaq. Bu yubileyə təkcə universitet kollektivi, təkcə tələbələr deyil, bütövlükdə Azərbaycan xalqı hazırlaşır. Çünki universitet deyilən bu müqəddəs məbəd doğma xalqa, Azərbaycana məxsusdur.  

Könül NİFTƏLİYEVA

 





05.03.2014    çap et  çap et