525.Az

Bakıda metro qatarın altında qalan şəxsin adı məlum oldu


 

Bakıda metro qatarın altında qalan şəxsin adı məlum oldu<b style="color:red"></b> Martın 5-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatarın altında qalan şəxsin kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən yaralının adının Dövran olduğu məlum olub. Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan gəncin üzərindən hər hansı sənəd tapılmayıb, bu vaxtadək onun yaxınlarından da bir xəbər çıxmayıb.
 
Qeyd edək ki, 30-35 yaşlı şəxsin özünü qatarın altına intihar məqsədi ilə atması və ya bədbəxt hadisə ilə üzləşməsi də hələlik dəqiqləşməyib.
 





06.03.2014    çap et  çap et