525.Az

“Azəriqaz” da Lökbatandakı zəhərlənmə ilə bağlı açıqlama verdi


 

“Azəriqaz” da Lökbatandakı zəhərlənmə ilə bağlı açıqlama verdi<b style="color:red"></b>

ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi dünən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verən zəhərlənmə ilə bağlı açıqlama verilib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, artıq dünənki hadisə ilə bağlı qurum tərəfindən araşdırmalar aparılıb: “Müəyyən edilib ki, qazın tərkibinə vurulan adorant maddəsi tam normaya uyğundur. Götürülən nümunələr laboratoriya şəraitində yoxlanılıb. Məlum olub ki, qəsəbəyə verilən qazın tərkibinə heç bir əlavə qatqılar vurulmayıb. Verilən qaz tam olaraq normalara uyğundur”.
 
Zəhərlənənlərin rəsmi sayının 115 olduğuna gəldikdə, A.Ağayev deyib ki, buna əhalinin təşviş və stress içində olması səbəb olub: “Adorant adlanan maddə kəskin iy və qoxuya malikdir. Bu da normaya uyğun verilib. Bununla belə, “Azəriqaz” aparılan əlavə araşdırmalardan sonra hadisə ilə bağlı rəsmi məlumat yayacaq”.
 
A.Ağayev əlavə edib ki, bu gün günorta saatlarında Lökbatan qəsəbəsinə qazın verilişi tam gücündə bərpa olunacaq.

 





06.03.2014    çap et  çap et