525.Az

İsveçrə şirkətinin nümayəndələri BDU-da


 

İsveçrə şirkətinin nümayəndələri BDU-da <b style="color:red"></b>
Dünən Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov İsveçrənin ThermoFischer Scientific şirkətinin nümayəndələrini qəbul edib. Görüşdə ThermoFischer Scientific şirkətinin satış şöbəsinin MDB ölkələri üzrə rəhbəri Piter Bellont, şirkətin MDB ölkələri üzrə distribitoru, Termo Texno təşkilatının "Elm və Təhsil" üzrə rəhbəri Nikolay Perekopayk, analitik cihazların satışı üzrə meneceri Roman Qunberq iştirak edib. Rektor Abel Məhərrəmov BDU-da elmi tədqiqat işlərinin aparılmasından, uğurlu nəticələr əldə etmək məqsədilə ən müasir cihazların alınmasından və bu sahədə qazanılan nailiyyətlərdən danışıb.
Şirkət nümayəndələri universitetdə elmi-tədqiqat işlərinin yüksək səviyyədə həyata keçirilməsindən, burada olmaqdan məmnunluqlarını ifadə ediblər. Sonda  ThermoFischer Scientific şirkətində istehsal edilən  analitik cihazların Bakı Dövlət Universitetinə alınması barədə razılıq əldə edilib. Qonaqlar cihazların texniki imkanları barədə nanoaraşdırmalar laboratoriyasında məruzə ediblər. Görüşdə Kimya fakültəsinin dekanı, professor Abdulsayid Əzimov və Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov iştirak edib.
 





06.03.2014    çap et  çap et