525.Az

Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması


 

Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması<b style="color:red"></b>

Təhsil sahəsi dövlət özəl strukturların  investisiya prioritetləri içərisində əsas yerlərdən birini tutur. Təcrübə göstərir ki, müasir dövrdə təhsil həm siyasi, həm iqtisadi xarakter almaqla aparıcı dövlətlərin önəm verdiyi sahələrdəndir. Biz qloballaşan dünyanın bir parçası kimi milli-mənəvi bəşəri dəyərlərə, zəngin təcrübəyə əsaslanan təhsil strategiyasını millətin dövlətin gələcəyinə, dünyadakı yerinin müəyyənləşməsinə hesablanmış şəkildə həyata keçirməliyik. Qloballaşan dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil yeni forma məzmun əldə etməyə başlayıb. Yeni texnologiyalar əsasında imkanları daha da genişlənən, müasir forma məzmun əldə edən təhsil növlərindən biri Distant - məsafədən təhsildir. XXI əsrdə distant təhsil dedikdə bu, təhsil alana öyrədilən məlumatın informasiya kommunikasiya texnologiyaları vasitəsilə operativ çatdırılması, eyni zamanda öyrənilən materiallara testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə nəzarətin artırılması, online imtahanların götürülməsi, obyektiv şəffaf idarəetmə modelinin tətbiq edilməsi kimi başa düşülür.

Distant təhsilin tələbələr üçün bir çox üstünlükləri var. Təhsilin bu növünün ən üstün cəhəti onun əlçatan olmasıdır. Beləki, təhsil müəssisəsinin harada yerləşməsindən asılı olmayaraq, tələbənin internet kompyuter olan hər yerdən təhsil ala bilmək imkanı olur. Distant təhsil sosial gərginliyi aradan götürməklə harada yaşamasından, maddi təminatından, yaşından, səhhətindən asılı olmayaraq insanlara bərabər təhsil almaq üçün şərait yaradır. Hər kəsə dünyanın tanınmış yüksək kvalifikasiyalı universitetlərində təhsil almaq şansı verir. Təhsilin monitorinqinin aparılması, professor-müəllim heyəti ilə birbaşa rahat əlaqə, tədris krediti götürən tələbələrlə internet üzərindən sıx əlaqə qrup, komanda şəklində verilən tapşırıqların yerinə yetirilməsi mümkün olur. Tələbəyə individual tədris proqramının, tədris planının, tədris qrafikinin hazırlanmasına şərait yaradır. Fənlərin mənimsəmə ardıcıllığını gənc analar fiziki cəhətdən qüsurlu insanlar üçün əlçatan edir. Fənn müəlliminin kimliyindən asılı olmayaraq obyektiv şəffaf qiymətləndirilmə aparılır. Beləliklə, distant təhsil qeyri-ənənəvi mənbələrə istinad etməklə effektivliyi, sərbəst fəaliyyəti, fərdi yeni yaradıcılıq imkanını, müxtəlif peşəkar vərdişlərin əldə olunub möhkəmləndirilməsini, hadisə proseslərin konseptual riyazi modelləşdirməsi hesabına təhsildə yeni forma metodların reallaşdırılmasına şərait yaradır.

Yuxarıda sadalanan bir sıra amillər nəzərə alınaraq, Azərbaycanda da distant təhsilin inkişafına dövlət dəstəyi göstərilməkdədir. Sabiq millət vəkili, təhsil məsələləri üzrə ekspert Şahlar Əsgərov bu barədə mətbuata açıqlamasında deyib ki, distant təhsilin tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır. O, Azərbaycanda təhsil islahatlarının hələ ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə təsadüf etdiyini diqqətə çatdıraraq, 1999-cu ildə ulu öndər tərəfindən "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın təsdiq olunduğunu, bununla da bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatların məqsədyönlü planauyğun aparılmasına başlanıldığını vurğulayıb: "Aparılan islahatların nəticəsi olaraq 10 il sonra ölkə Prezidenti İlham Əliyev "2009-2013- illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə dövlət proqramı" təsdiq edib. Bu barədə sərəncam tədrisin təşkilində Boloniya prinsiplərini əks etdirməklə bərabər distant təhsili əhatə edib. Sözügedən Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9-cu maddəsi məsafədən təhsilin təşkilini nəzərdə tutub. Azərbaycan Prezidentinin 2013- il 24 oktyabr tarixli Sərəncamıyla isə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilib. Sərəncamda Dördüncü strateji istiqamət təhsil müəssisələrində informasiya - kommunikasiya texnologiyaları əsasında təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması digər tədbirlərlə yanaşı, distant təhsil kimi tədbirləri əhatə eləyib. Beləliklə, distant təhsilin inkişafına dövlət dəstəyi strategiyada da öz əksini tapıb. Təhsil Qanununda da təhsilalma formalarından biri distant təhsil kimi göstərilib. Təhsil Qanununda "distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram - texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması" kimi dəyərləndirilib".

Digər təhsil eksperti Etibar Əliyev distant təhsilin innovativ vasitə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı olaraq, dünya təhsil sistemində gündəmə gələn məsələ kimi qiymətləndirib. Qeyd edib ki, Avropa digər Qərb dövlətlərində innovativ vasitə yeniliklər ölkəmizlə müqayisədə daha tez tətbiq olunduğundan, onlar xeyli müddət öncə distant təhsilə qədəm qoyublar: "Artıq texnoloji avadanlıqlar həyatımıza müdaxilə etdiyindən, əyani təhsil alanların əksəriyyəti kompyuter texnologiyasından faydalanaraq ona lazım olan elmi ədəbiyyat, praktiki, seminar materialları elmi işləri əldə etməyə qadirdir. Distant təhsilə keçmək üçün müəllim tələbə kontingenti arasında təlimlər keçirilməli, İKT geniş surətdə bölgələrdə tətbiq olunmalıdır. Azərbaycanın hər hansı bir rayonundan tələbə internet vasitəsilə dərsə qoşulmalı, sessiyada iştirak etməli, skayp vasitəsilə hər hansı bir komissiyaya imtahan verməlidir. Bu məsələyə nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Tələbə müəllim prosesə qoşularkən yalnız mütəxəssis hazırlamaq amilini önə çəkməlidirlər. Burada qeyri-şəffaflıq hansısa formalizmə yol vermək olmaz. Belə olduqda distant təhsil tez bir zamanda nüfuzdan salınar. Şübhəsiz, distant təhsilə keçid həddən artıq mürəkkəb prosesdir. Amma hər halda, distant təhsil yeni cəmiyyətin tələbidir, ondan geri qalmaq olmaz".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz distant təhsil vəsaitlərinin bütün növ informasiya texnologiyaları-kompyuter, kompyuter şəbəkələri, multimedia, audio video sistemlərini əhatə etdiyini bildirib. Qeyd edib ki, bu təhsil formasının əsasını proqram təminatı təşkil edir: "Proqram təminatı universitetin strukturunu, özündə informasiyaları birləşdirən verilənlər bazasını əhatə edir. Distant təhsilin əsas komponentləri təhsil verənlə alan arasında qarşılıqlı əlaqənin olması, təhsilin məzmununun kompyuter vizuallığı, böyük həcmli informasiyaların arxivləşdirilməsi, məlumat axtarış sisteminin mövcudluğu tədris materiallarının mənimsənilməsinə nəzarət təşkil edir. Dünya təcrübəsində distant təhsili həyata keçirmək üçün əlverişli proqram təminatlarından biri MOODLE (Modular-Object-Oriented-Dynamic-Learning-Environment) sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000 tələbəni yüzlərlə kursu əhatə etmək imkanına malikdir. Windows, Linux, Mac OS X kimi proqram təminatları bu sistemi dəstəkləyir. Sistemdə yaramış hər hansı bir problemin həlli asanlıqla mümkündür. Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar online konfranslar da həyata keçirmək olar. Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə istiqamətdə - ayrı-ayrı ixtisaslar peşələr üzrə  distant təhsil kursları, distant orta təhsil, distant ali təhsil distant əlavə təhsil, distant açıq dəsrlər distant konfranslar vasitəsilə həyata keçirilə bilər".

Naxçıvan Muxtar Respublikasında (NMR) aparıcı ali təhsil ocağı sayılan Naxçıvan Dövlət Universitetinin  (NDU) tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid isə hesab edir ki, ölkədə, xüsusən Naxçıvanda distant təhsilə keçidi tam reallaşdırmaq olar. O, NDU-da müasir İKT-nin tətbiqi imkanlarının 2000-ci ilə təsadüf etdiyini xatırladaraq, həmin dövrdən etibarən NMR- bu sahədə həyata keçirilən köklü islahatlar universitet layihələrinin sözügedən ali məktəb üçün yeni imkanlar açdığını söyləyib: "2005-ci ildən bu günədək ardıcıl həyata keçirilən Elektron - Naxçıvan beynəlxalq konfransları həm dövlət qurumlarının, həm xarici ali təhsil müəssisələrinin İKT-nin gözu ilə Naxçıvanı tanımasına şərait yaradıb. Dövlət ali təhsil müəssisəsinin qarşılıqlı işbirliyi ilə həyata vəsiqə alan tədbirlər isə NDU-nun paytaxt regional ali məktəblər arasında İKT-nin tətbiqi imkanlarına görə ilk sıralarda yer tutmasına səbəb olub. Universitetin maddi-texniki bazası elektron lövhə proyektorla təchiz olunmuş 100-dən artıq auditoriya, 1000-dən yuxarı kompyuter avadanlığı, Polycom kameralı auditoriyalar, Elektron kitabxana, internet portal universitetin 110 ha ərazisini əhatə edən 10 mbt/san gücündə wi-fi simsiz internet xidməti Elektron Təhsil bazasının yaradılmasına geniş imkanlar açıb. Hazırda universitetdə müxtəlif  ixtisaslar üzrə imtahanların kompyuter vasitəsilə aparılması, bütün dərslərin, elmi-pedaqoji təcrübələrin nəticələrinin, təhsilin bütün sahələrinin mərhələ-mərhələ elektronlaşması, online dəsrlərin təşkili, magistr dissertasiyaları diplom işlərinin elektron qəbulu digər İKT imkanları öyrədən öyrənən arasında düzgün münasibətlər qurulmasına gətirib çıxarıb, obyektivlik, şəffaflıq, aktuallıq, peşəkarlıq kimi prinsiplərin tədrisdə tətbiqi ilə nəticələnib".

Prorektor bildirib ki, hazırda NDU-nun Azərbaycan ali təhsil məkanında 3,5 milyon dollarlıq dəyəri genişmiqyaslı əhatə dairəsi ilə fərqlənən, Cənubi Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən "Elektron Universitet" layihəsi aparılan məqsədyönlü tədbirlərin ən uğurlu nəticəsidir. Onun sözlərinə görə, artıq NDU-nun elektronlaşması universitetə girişdən tutmuş, çıxışadək bütün proseslərin, tələbənin dərsə davamiyyətinin, elmi-pedaqoji potensialın, administrativ işlərin elektronlaşmasını əhatə edir: "Elektron Universitet layihəsi reallaşdıqdan sonra NMR rəhbərliyinin dəstəyi ilə universitetə ayrılan internetin sürətinin 100 mbt/san çatdırılacağı planlaşdırılır. Bu prosesləri distant təhsilə keçid hazırlıq mərhələsi kimi dəyərləndirmək olar. Çünki distant təhsil üçün tələb olunan amillərdən birincisi sürəti 100 ya 200 mb/san olan internet, ardınca ən müasir kompyuter avadanlıqları, bu avadanlıqlardan sərbəst istifadə edən professor-müəllim heyəti öyrənən tərəfin bütün bu prosesləri əldə etmə imkanın olmasıdır. NDU ilə bağlı sadaladığım faktlar onu deməyə əsas verir ki, NMR- distant təhsilə keçidi tam reallaşdırmaq olar".

Son olaraq ekspertlərin gəldiyi qənaət budur ki, Azərbaycanda Distant təhsili həyata keçirmək imkanlar var. Lakin bunun üçün ilk növbədə hədəfləri bəlli edən strategiya işlənib hazırlanmalı, bu strategiyanı reallaşdıracaq kadr potensialı vəzifələr müəyyənləşdirilməli, mükəmməl qanunvericilik bazası yaradılmalı, cəmiyyətin distant təhsilə hazırlığı önə çəkilməlidir. Bununla bağlı KİV- geniş maarifləndirmə aparılmalı, ölkədə nümunəvi Distant Təhsil Universiteti, cəmiyyətin bütün təbəqələrinin distant dərsləri almasına şərait yaradan Distant Təhsil Televiziyası yaradılmalıdır. Paralel olaraq, tədris-metodiki vəsaitlərin elmi ədəbiyyatların Təhsil Nazirliyi tərəfindən elektronlaşmasına nəzarət gücləndirilməlidir. Bu sahədə dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən istifadə edilməlidir.

Elmar HÜSEYNOV

"Simsar.az" xəbər agentliyinin redaktoru

Yazı Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim edilir.

 





06.03.2014    çap et  çap et