525.Az

Vətəndaş cəmiyyəti institutlarının beynəlxalq münasibətlər sistemində yeri və rolu


 

Vətəndaş cəmiyyəti institutlarının beynəlxalq münasibətlər sistemində yeri və rolu<b style="color:red"></b>

Müasir beynəlxalq münasibətlər sistemində vətəndaş cəmiyyəti institutlarının əvəzolunmaz qüvvəsi olan qeyri-hökumət təşkilatlarının yerinə rolu danılmazdır. Lakin buna nəzər salmazdan əvvəl sistemin mahiyyətinin bəzi aspektlərinə toxunmaq məqsədə müvafiq olar. Məlum olduğu kimi, sistem, onu təşkil edən komponentlərin müəyyən bir qaydada düzülməsidir. Beynəlxalq münasibətlər sistemi müəyyən qayda ilə düzülmüş, birində baş verən dəyişikliyin digərinə mütləq şəkildə təsir edəcəyi komponentlərin məcmusudur. Tanınmış mütəxəssis Oran Yanq beynəlxalq münasibətlər sistemini aralarında mütəmadi əlaqələr olan, ortaq xarakterlərə malik birində baş verən dəyişikliyin digərlərinə təsir etdiyi dəyişkən elementlər toplusu olaraq göstərib. Yanqa görə, beynəlxalq münasibətlər sistemini digər sistemlərdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, o əsasən, müəyyən sərhədləri ilə bir-birindən ayrılan bir-biri ilə mütəmadi əlaqələr quran dövlətlərin formalaşdırdığı bir bütövdür.

Morton Kaplan beynəlxalq münasibətlər tarixində beş sistemin formalaşdığını müəyyənləşdirərək bu sistemlərin əsas xarakterini verib:

Beynəlxalq münasibətlərin formalaşmasından başlayaraq 1648-ci ilə, Vestfal sülhünə qədər olan dövrü əhatə edən sistem beynəlxalq münasibətlər tarixində ilk sistem olub. Bu sistemi formalaşdıran yeganə komponent məhz dövlətlərdir. Sistemin xarakterini Kaplan daha çox anarxik olaraq görüb sistemi saxlayan yeganə ünsürün dövlətlərin gücə çatmaq arzusu daha çox hərbi potensial uğrunda apardığı mübarizə olduğunu iddia edib. Vestfal sülhü ilə beynəlxalq münasibətlərdə ikinci sistem formalaşıb. Bu sistemi Kaplan güc balansı sistemi adlandırır. Bunun əsas səbəbi, sistemi saxlayan amilin məhz Avropa dövlətlərinin aralarında mövcud olan güc tarazlığının olması olmuşdur. Belə ki, bu sistemdə heç bir Avropa dövləti güc balansının deməli sistemin pozulmasında maraqlı deyildi. Bu sistemin əsas xüsusiyyətlərindən biri ondan ibarət idi ki, burada da sistemi təşkil edən yeganə komponent dövlət idi; Üçüncü sistem Birinci Dünya Müharibəsi ilə formalaşan Versal-Vaşinqton sistemidir. Bu sistemdə əvvəlkilərdən fərqli olaraq artıq yeni komponentlər əlavə olundu ki, bunların da arasında beynəlxalq təşkilatlarla paralel olaraq beynəlxalq QHT-lər var idi. Məhz Versal-Vaşinqton sistemindən başlayaraq QHT-lərin beynəlxalq münasibətlər sisteminə daxil olması sistemə təsir imkanına sahib olması Kaplan tərəfindən qəbul olunub; Beynəlxalq münasibətlər sistemində dördüncü sistem ikiqütblü sistem olub ki, bu sistem Avropa mərkəzli sistemlərin ilk dəfə ümumdünya sistemi ilə əvəz olunması ilə xarakterizə olunur.

QHT-lərin beynəlxalq münasibətlər sistemində iştirakı bu sistemdə davam etmiş güclənib; Nəhayət sonuncu sistem ikiqütblü sistemi formalaşdıran qütblərdən birinin - Sovet İttifaqının dağılmasından sonra yaranan bugün müvcud olan sistemdir ki, bu sistemin xarakteri ilə bağlı qəti bir söz demək çətindir. Daha çox təkqütblü sistemin klasifikasiyasına uyğun gələn bu sistemin xarakterində çoxqütblülüyün kifayət qədər elementlərinin olması bizi qəti bir fikir söyləməkdən çəkindirir. Lakin bu sistemlə bağlı onu deyə bilərik ki, QHT-lərin rolu yeri bu sistemdə xüsusilə böyüyərək, sistem daxilində QHT-lərin çəkisi hiss ediləcək dərəcədə artıb.

Beləliklə, göründüyü kimi iyirminci əsrin əvvəllərindən etibarən beynəlxalq münasibətlərdə baş verən hadisələr sistemdə köklü dəyişikliklərin əsasını qoydu. Belə ki, Birinci Dünya Müharibəsi ilə başlayan yeni dövr ilk növbədə Vestfal sülhü ilə əsası qoyulan sistemin iştirakçılarının tərkibini dəyişdirdi yeni- Versal-Vaşinqton sistemi  iştirakçıların siyahısına dövlətdən kənar qurumları, QHT-ləri daxil etdi.

Doğrudur, beynəlxalq münasibətləri tədqiq edən müxtəlif alimlər sistemin iştirakçılarının tərkibi ilə bağlı vahid mövqeyə malik deyil. Başqa sözlə, beynəlxalq münasibətlərə prinsipial yanaşmaları müəyyən edən beynəlxalq münasibətlərin xarakterini açıqlayan əsas nəzəriyyələr olaraq realizm liberal-idealizm nəzəriyyələrinin nümayəndələri beynəlxalq münasibətlər sisteminin iştirakçılarının tərkibi ilə bağlı fərqli mövqedən çıxış edir QHT-lərin sistemin komponenti kimi qəbul edilməsinə müxtəlif yanaşma nümayiş etdirirlər. Bütün bunları nəzərə alaraq, realizm liberalizm nəzəriyyələrinin nümayəndələrinin beynəlxalq münasibətlər sisteminə, sistemin iştirakçılarının tərkibinə ən əsası QHT-lərin bu sistemdə tutduğu mövqeyə yanaşmasını öyrənmək olduqca maraqlı əlbəttə ki, QHT-lərin müasir beynəlxalq münasibətlər sistemindəki yeri rolunu araşdırmaqda bizə kömək etmiş olar.

Belə ki, beynəlxalq münasibətləri sərt məntiqlə izah edən nisbətən radikal yanaşma nümayiş etdirən realizm nəzəriyyəsinin nümayəndələri, xüsusilə Hans Margentau Reynhard Neybör kimi klassik realizmin simaları beynəlxalq münasibətlər sisteminə yanaşmada əsasən aşağıdakı prinsipləri əldə rəhbər tutub: Beynəlxalq münasibətlər sisteminin xarakteri anarxaikdir; Sistemin tərkibini formalaşdıran yeganə komponent dövlətdir; Sistemin mahiyyəti dövlətlərin qarşılıqlı münasibətlərin məcmusudur; Sistemi saxlayan əsas ünsür güc dövlətlərin gücə sahib olmaq istəyidir.

Göründüyü kimi realizm nəzəriyyəsi beynəlxalq münasibətlər sisteminin iştirakçılarını birmənalı olaraq dövlətlərlə məhdudlaşdırır hər hansı başqa subyektin bu sistemdə yer almasını inkar edir. Realizmdən fərqli olaraq, liberalizm nəzəriyyəsinin klassik nümayəndələri - Jon Lok, Herbert Spenser, Jan Jak Russo, İmmanuel Kant beynəlxalq münasibətlər sisteminə yanaşmada əsasən aşağıdakı prinsipləri əsas götürür: Beynəlxalq münasibətlər sisteminin xarakteri anarxaik deyil, beynəlxalq ümumi qəbul olunmuş prinsiplərlə nizamlanır; Sistemin tərkibini təkcə dövlət deyil, həmçinin beynəlxalq hökumətlərarası təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, transmilli kooperasiyalar s. təşkil edir; Sistemin mahiyyətini yalnız dövlətlərarası münasibətlər deyil, sistemin digər iştirakçılarının özləri arasında onlarla dövlətlər arasında mövcud olan münasibətlər müəyyən edir; Sistemi saxlayan ünsür güc deyil, ümumi qəbul olunmuş universal prinsiplərdi.

Realizm liberal-idealizm nəzəriyyəsinin klassik nümayəndələrindən fərqli olaraq, neo-realist neo-liberal yanaşmalar nisbətən yumşaq mövqe tutdu mövqe cəhətdən bir-birinə yaxınlaşdı. Belə ki, klassik realizmin beynəlxalq münasibətlərdə dəyişən hadisələri yeni halları açıqlamaqda çətinlik çəkməsi bu nəzəriyyənin yeni dövrün tələblərinə uyğunlaşdırılmasını zərurətini meydana çıxartdı. Bu istiqamətdə ilk addımı Kennet Uolts atdı. Uolts realizm nəzəriyyəsinin yanaşma tərzində bir sıra dəyişiklik edərək, liberalizm nəzəriyyəsi ilə yaxınlaşmışdır. Belə ki, klassik realizmdən fərqli olaraq, Uoltsun yaratdığı neo-realizm nəzəriyyəsi beynəlxalq münasibətlər sistemində dövlətlə yanaşı digər aktorların da iştirakını qeyd edir beynəlxalq QHT-ləri sistemin komponenti beynəlxalq münasibətlərin aktoru olaraq qəbul edirdi.

Beynəlxalq münasibətləri izah edən əsas nəzəri fikirləri təhlil edərək bələ bir nəticəyə gəlmək olar ki, beynəlxalq QHT-lərin dövlətdən kənar subyekt olaraq beynəlxalq münasibətlər sistemində müəyyən yerə sahib olması müəyyən rol oynaması əksər nəzəriyyələr tərəfindən qəbul edilir. Belə ki, Qraham İvantz Cefri Nevmanın "Beynəlxalq münasibətlər lügəti" kitabına nəzər yetirsək beynəlxalq sistem beynəlxalq QHT-lər arasında əlaqəni görmək olar.

Bu gün beynəlxalq münasibətlər sistemi sayları son bir əsr yarımda iki yüzü keçən dövlətlərin öz aralarında yaratdığı bir bütöv olmaq statusunu itirmiş artan şəkildə təşkilatlanmalarını davam etdirən beynəlxalq qurumlar təşkilatların dövlətlərlə yanaşı iştirak etdiyi, təsir göstərmək imkanına sahib olduğu arenaya çevrilib. Başqa sözlə, sayları hər gün artan beynəlxalq təşkilatlar, transmilli korporasiyalar beynəlxalq qeyri-hökumət təşkilatları artıq dövlətlərlə paralel olaraq beynəlxalq münasibətlərin subyektinə sistemi təşkil edən komponentə çevrilib.

Hazırda bəzi beynəlxalq QHT-nin illik büdcəsi bəzi kiçik dövlətlərin ümumi daxili gəlirindən daha çoxdur. Hətta bəzilərinin təşkilatlanması, sistem daxilində sahib olduqları təmsilçilik qabiliyyəti onları kiçik dövlətlərdən daha öndə tutur. Bu hal özünü daha çox bipolyar sistemin dağılmasından demokratiya anlayışının beynəlxalq münasibətlərdə daha çox önəm qazanmasından sonra xüsusilə diqqəti cəlb edən olub.

Beynəlxalq münasibətlər sistemində QHT-lərin yerini rolunu təhlil edərkən əsas olaraq götürməli olduğumuz faktor heç şühbəsiz, beynəlxalq QHT-lərdir. Çünki beynəlxalq QHT-lər müasir sistemdə iştirak hüququ əldə etmiş sistemin vacib bir komponentinə çevrilib. Fövqəlmilli ya dövlət sərhədlərini aşan  beynəlxalq QHT-lər ümumi QHT anlayışına əlavə olaraq, bəzi özəlliklərə sahibdir ki, bunlarda əsas etibarı ilə aşağıdakılardan ibarətdir: ən azı üç dövlətin vətəndaşları ya kollektiv subyektləri tərəfindən təşkil olunması;  ən azı üç dövlətin ərazisində fəaliyyət göstərməsi; büdcəsinin əsas hissəsinin ən azı üç dövlətin vətəndaşları ya kollektiv subyektləri tərəfindən maliyyələşməsi.

Real olaraq statistikaya baxsaq göstəririk ki, QHT-lər XX əsrin son 30 ilində xüsusi sürətlə böyümüş iqtisadi, siyasi texniki cəhətdən yüksək göstəricilər əldə etmişlər. QHT-lərin daim artan kəmiyyətini, QHT- çalışan şəxslərin, üzvlərin təmsilçilərin sayını nəzərdən keçirdikdə olduqca böyük rəqəmlərlə qarşılaşırıq. Təqribi hesablamalara əsaslansaq bu gün dünyada QHT-lərin formalaşdırdığı sektorun illik maliyyəsi 1 trilyon ABŞ dolları, işçi sayı isə 19 milyon nəfərdir. Bu göstəricilərə əsaslanaraq beynəlxalq ədəbiyyatlarda QHT sektorunu həcminə görə dünyanın səkkizinci böyük iqtisadi qüdrəti hesab edirlər. QHT-lər təkcə humanitar, inkişaf texniki yardım məqsədi ilə hər il 9-10 milyard ABŞ dolları həcmində bir büdcə formalaşdırırlar. Bütün bu göstəricilərlə paralel olaraq QHT-lərin  inkişaf etmiş inkişaf etməkdə olan ölkələrdə saylarının artması tendensiyası davam edir. Bu artım tendensiyası 1990- illərdən xüsusi sürət qazanıb. Belə ki, 1900- ildə sayı cəmi 200 olan beynəlxalq QHT, 1975-ci ildə 5000-ə, 1984- ildə 10000-ə, 2000-ci ildə isə böyük bir sıçrayışla 45000-ə çatıb. Hazırda bu rəqəm daha da artıb.

İstər beynəlxalq, istərsə yerli QHT-lərin rolu dövlətlərin nəzarətindən kənar qalan ya dövlətin müdaxiləsi ilə həlli mümkün olmayan sferalardakı fəaliyyətlə müəyyən olunur. Dövlətlərin fəaliyyətindən kənar rola sahib olmaları, könüllülük prinsipi ilə hərəkət etmələri bir çox qlobal xarakterli problemlərlə mübarizə aparmaları QHT-lərin beynəlxalq münasibətlər sistemində yerini xüsusiləşdirir onlara ehtiyacı artırır. Müxtəlif münaqişələr zamanı yaranan humanitar böhranlarda QHT-lərin çevikliyi dövlətlərin vahid qərara gəlməsindən müdaxilə etməsindən daha effektiv olur daha böyük fəlakətlərin yaranmasını önləyir. Belə ki, QHT-lər böhran bölgəsində su, qida təcili tibbi yardım çatışmazlıqlarının aradan qaldırılmasında fəal rol oynamaqla yanaşı, həm , yerli idarəçiliyin, yerli QHT-lərin inkişafını dəstəkləyir, vasitəçilik funksiyasını yerinə yetirməklə münaqişə tərəfləri arasında sülhün əldə olunmasına birbaşa yardım edir.

Beynəlxalq QHT-lər istər yerli, istərsə beynəlxalq səviyyədə əsas etibarı ilə dövlətlərə beynəlxalq münasibətlər sisteminin digər aktorlarına təsir göstərmək müəyyən dərəcədə öz məqsədlərinə istiqamətləndirmək üçün fəaliyyət göstərirlər. Məhz bu xarakterlərinə görə bəzən QHT-lərin əsl məqsədlərinin siyasi olduğu üzdə görünən məqsədləri ilə uyğun gəlmədiyi iddia olunur. Dünyanın ən geniş şəbəkəli beynəlxalq münasibətlər sisteminin digər aktorlarına təsir etməsi baxımından ən güclü beynəlxalq QHT-lərindən biri hesab olunan Beynəlxalq Amnistiya  Təşkilatının qarşıya qoyduğu məqsəd insan haqlarının qorunması olsa da, təşkilatın fəaliyyətində  siyasi məsələlərin daha çox yer aldığı bilinən bir həqiqətdir.

QHT-lər son 20 ildə humanitar yardım inkişaf sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Soyuq müharibənin bitməsindən sonra dünyanın müxtəlif region bölgələrində yerli regional səviyyəli münaqişələrin meydana gəlməsi, böhranların, daxili qarışıqlığın təbii fəlakətlərin olması humanitar problemləri daha çox gündəmə gətirmişdir. QHT-lərin böhran bölgələrinə daha asan tez girə bilmə qabiliyyəti yardıma möhtac olan insanlar arasında onlara inamın daha çox olması, bu konteksdə QHT-lərə olan ehtiyacı daha da artırmaqdadır. Lakin QHT-lərin beynəlxalq münasibətlərdə oynadığı rolu yuxarıda qeyd etdiyimiz çərçivəyə salmaq da doğru olmazdı. Belə ki, beynəlxalq QHT-lər onların fəaliyyət sferasına aid olan beynəlxalq səviyyəli hadisələrə təsir etmək imkanına sahib olan qurumlardır. Misal üçün deyə bilərik ki, Antarktika qitəsinin bu gün sahib olduğu statusu əldə etməsində QHT-lərin rolu böyükdür. Başqa sözlə Qrinpis (Green peace) adlı beynəlxalq QHT-nin Antarktikanın dünya parkı elan edilməsi uğrunda göstərdiyi cəhdlər öz müsbət nəticəsini vermiş 1991-ci ildə imzalanan Madrid Protokolu ilə qitə "sülhə elmə yönəldilmiş təbii mənbə" elan olunmuş 50 il müddətində qitədə hər hansı bir mədən araşdırması qadağan olunmuşdur. Başqa bir nümunə 1991-ci ildə Şell (Shell) kompaniyasının Qrinpis (Greenpeace) təşkilatının formalaşdırdığı ictimai rəy qarşısında geri addım atması Brent Spar adlı nəhəng neft platformasını dənizdə batırmasını göstərmək olar.

Başda dövlətlər olmaqla beynəlxalq münasibətlər sisteminin aktorları olan beynəlxalq qurumlar, beynəlxalq təşkilatlar, transmilli korporasiyalar ilə QHT-lər arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər özünü əsasən inkişaf proqramlarında, humanitar yardımların paylanmasında, ətraf mühitin sülhün qorunmasında, münaqişələrin həllində göstərir. Məhz bu kimi amillərə görə maliyyə imkanına sahib olan digər aktorlar QHT-lərin inkişafında maraqlıdır. Buna görə 1970-ci illərin sonundan etibarən dövlət digər beynəlxalq münasibətlər sistemi aktorlarının QHT-lərə dəstəyi ilə QHT-ləri sayının artması düz mütənasibdir. Misal üçün, XX əsrin sonlarından başlayaraq QHT-lərin inkişafı dünyanın müxtəlif regionlarına yayılması üçün ildə təxminən 6-8 milyard ABŞ dolları həcmində pul ayrılır. Bunlardan təxminən 2 milyard dolları BMT tərəfindən, 1,5 milyardı Avropa İttifaqı mənbələrindən, 2-3 milyardı ikitərəfli yardım agentliklərindən, 1-1,5 milyardı isə ictimai özəl fondlardan təmin edilir.

ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveçrə Şimali Avropa ölkələrinin dövlət büdcələrindən ayrılan illik yardımlarının 10-25 faizi QHT-lərə ünvanlanır. Bu ölkələrin göstərdikləri yardımlar əsas etibarı ilə inkişaf humanitar yardım sahəsində fəaliyyət göstərən QHT-lərə edilməkdədir. Demokratikləşmə sahəsində göstərilən yardımlar isə əsas etibarilə demokratiya, şəffaflıq, rüşvət əleyhinə fəaliyyət, insan hüquqları, keçid dövrünü yaşayan ölkələrdə ortaya çıxan daxili münaqişələri aradan qaldırmağa yönəlib.

Dövlətlərin birləşməsinin nəticəsi olaraq fövqəlmilli xarakter almış Avropa İttifaqı, BMT kimi qurumlar da öz fəaliyyət sahələrində QHT-lərlə əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıqdan həm beynəlxalq təşkilatlar, həm beynəlxalq qeyri-hökumət təşkilatları fayda götürür. QHT-lər digər aktorlarla münasibətlərindən istifadə etməklə beynəlxalq görüşlərə bu görüşlərdə qəbul edilən qərarlara təsir edə bilirlər. Digər tərəfdən beynəlxalq münasibətlər sisteminin digər aktorları xüsusilə dövlət, QHT-lərin sahib olduğu ictimai təsirdən imkanlardan istifadə edir.

Beynəlxalq münasibətlər sisteminin ən böyük aktoru hesab olunan BMT QHT-lərlə münasibətləri nizamlamaq, sistemin dövlətdənkənar bu aktoru ilə əməkdaşlığın daimi çərçivəsini formalaşdırmaq üçün özünün xüsusi bir qurumunu - ECOSOC-u təsis edib. ECOSOC-un işində müxtəlif iri QHT təşkilatlarını nümayəndələri müşahidəçi məşvərətçi qismində iştirak edirlər. 1948-ci ildə belə QHT-lərin sayı 40 idisə, 2006- ildə artıq 2719 QHT-nin nümayəndəsi ECOSOC-un işində yaxından iştirak edir. Doğrudur QHT-lərin ECOSOC-un işində iştirakı BMT-nin yaranma tarixinə paralel olsa da, BMT-nin əsas orqanı olan Təhlükəsizlik Şurasında () QHT-lərin iştirakı mexanizmi hələ mövcud deyil. Lakin 60 illik bir tarixi dövrdə xüsusilə, Soyuq müharibənin bitməsindən sonra -nın ümumi dünya xarakterli məsələlərdə özəlliklə , ümumdünya sülhü təhlükəsizliyi ilə əlaqədar məsələlərdə beynəlxalq QHT-lərlə əməkdaşlıq etməsi tendensiyası mövcuddur. Bu tendensiya 1997-ci ildə öz nəticəsini vermiş BMT -nın nəzdində beynəlxalq münasibətlər sisteminin 60 ən böyük beynəlxalq QHT-sindən ibarət bir "Təhlükəsizlik Şurası - QHT İşçi Qrupu" adlı daimi bir qurum formalaşdırılmışdır ki, ilə bu qurum arasında mütəmadi məsləhətləşmələr olur. QHT-lər uzun bir müddət BMT-nin Baş Assambleyasının iclaslarında müşahidəçi statusu əldə etmək uğrunda çalışmış 1990- ildə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti buna nail olmuşdur.

Yuxarıda deyilənləri ümumiləşdirsək, QHT-lərin beynəlxalq münasibətlərin son üç sistemində özlərinə yer tapmasını xüsusi qeyd etməliyik. Tarixdən QHT-lərə bənzər qurumların QHT-lərin yaranması, formalaşması beynəlxalq münasibətlərin özü qədər qədim olduğu görünsə , onlarla beynəlxalq münasibətlər arasında əlaqə yalnız XX əsrin əvvəllərindən başlayaraq formalaşmış həmin əsrin sonlarına doğru bu münasibətlər intensiv institusionallaşmış xarakter alıb. Bu gün beynəlxalq QHT-lər tam şəkildə beynəlxalq münasibətlər sisteminin subyekti aktoru statusunu qazanıb. Bu, inkarolunmazdır ki, dövlət hələdə bu sistemdə əsas komponent olaraq qalır sistemin xarakterinin müəyyənləşməsində şəksiz söz sahibidir. Lakin bütün bunlarla yanaşı bugünkü situasiya müşahidə olunan tendensiya belə bir proqnoz verməyi mümkün edir ki, QHT-lərin digər aktorlarla birlikdə beynəlxalq münasibətlər sistemində iştirakı gələcəkdə daha da artacaqdır. Ümid edirik ki, dünyada sülhün sabitliyin təmsilçisi qismində çıxış edən humanizmin əsas örnəyi olan QHT-lərin beynəlxalq münasibətlər sistemində davamlı iştirakı bu sistemə daimi sabitlik təhlükəsizlik elementləri gətirəcəkdir.

AQİL

 





06.03.2014    çap et  çap et