525.Az

Ədəbi-tənqidi fikrimizin patriarxı - Yaşar Qarayev


 

Ədəbi-tənqidi fikrimizin patriarxı - Yaşar Qarayev <b style="color:red"></b>

professor                                    

Ədəbiyyat elminin, tarixçiliyinin ədəbi, tənqidi, estetik fikrinin YAŞARIlığını  təmin edən, onu durduğu yerdən yeni bir istiqamətə hərəkətə gətirən tədqiqatçılar, elm, düşüncə, fikir adamlarımız bütün həyatını ədəbiyyatşünaslıq elminə, onun gəlişməsinə, yeni elmi konsepsiyaların yaranmasına, bir sözlə ədəbiyyatşünaslığın yeni mərhələyə daşınmasına həsr etmiş bu sahədə önəmli  işlər görmüşlər. Belə adamlar ədəbiyyatımızı, ədəbi fikir tariximizi YAŞARI etməklə özlərinin yaşarılığını təmin etmiş olurlar. Bu adamlardan biri ədəbiyyatımızın böyük bir dövrünün inkişaf yolunun, ayrı-ayrı mərhələ problemlərinin araşdırılmasında ölçüyəgəlməz qatqıları olan YAŞAR QARAYEVDİR.  Onun Azərbaycan ədəbiyyatşünaslığında, tənqidində ictimai fikrində (ona görə ictimai fikri deyirik ki, onun tənqidi  həm bütünlükdə ictimai münasibətləri özündə ehtiva edirdi!) yeri rolu zaman keçdikcə daha aydınlığı, işləkliyi, funksionallığı, ictimai məzmunu ilə üzə çıxır. Yaşar Qarayev yalnız ədəbiyyatın inkişaf yolları, problemləri, tarixi, bu günü perspektivləri ilə bağlı nəzəri məqalələr, fundamental əsərlər yazmamış, eyni zamanda uzun müddət həm ədəbi siyasəti  birbaşa həyata keçirən bir ədəbiyyat rəhbəri başçısı olmuşdur. Mən onun AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna etdiyi uzun müddətli rəhbərliyi ilə elmin inkişafına böyük  dəstəyini, qeyri-adi, orijinal  nəzəri  düşüncələrinin bir müddət ədəbi mühiti məşğul etməsini, son dərəcə məhsuldar entuziazmı  ilə yeni elmi işlərin yazılmasına daim rəvac verməsini, konseptual tədqiqatların aparılmasına yaratdığı azad, yaradıcı şəraiti  nəzərdə tuturam.  Bu mənada Yaşar Qarayevi  özünəqədərki  ədəbiyyatşünas, nəzəriyyəçi,  tənqidçi, teatrşünas tipini ən yaxşı şəkildə birləşdirən  özündən sonrakı  nəsil üçün böyük bir ədəbi, nəzəri irs qoyub getmiş elm fikir adamlarımızdan biri hesab etmək olar.  Hələ uzun illər bu komponentlərin hamısını özündə daşıyan  ədəbiyyatçı nəsli onun bu zəngin ədəbi  irsinin Yaşarılığını daha  aydın hiss edəcək. Qətiyyətlə söyləmək olar ki,  XX yüzil Azərbaycan elmi, tənqidi, nəzəri düşüncəsində, eləcə teatr dramaturgiya nəzəriyyəsində özünün yaratdığı obrazın fəth etdiyi  elmi səviyyənin yenidən təkrarlanması  mümkünsüz görünür, çünki Yaşar Qarayev özü təkrarsız bənzərsizdir . 

Yaşar Qarayevin tədqiqatçı portreti  son dərəcə zəngin, geniş palitralı, çoxtərəfli faktorları özündə əks etdirir onun haqqında düşünərkən, əlbəttə, daha çox ədəbiyyatşünas, teatrşünas, nəzəriyyəçi tənqidçi  tipi üzərində dayanmalı olursan. Doğrudur, buraya ictimai, sosial publisist ömrünün sonlarında daha çox meyl etdiyi özünəməxsus portret oçerklər icmallar  yazdığı ədəbiyyat tarixçiliyini, eləcə yaradıcılığında epizodik şəkildə yer alan daha bir neçə potret cizgiləri əlavə etmək olar, ancaq bunlar, mənim fikrimcə, onun yaradıcı şəxsiyyət potretində müəyyən yer tutsa da, ana xəttini təşkil etmir. "Yaşar Qarayev fenomeni"nin (Ş. Alışanov) əsas sütununu  yuxarıda qeyd etdiyimiz dörd parametr-ədəbiyyatşünas, teatrşünas, ədəbiyyat estetika nəzəriyyəçisi tənqidçi keyfiyyətləri təşkil  edir. Tədqiqatçının ədəbiyyatşünaslıq debütündə ilk elmi əsəri "Faciə qəhrəman" (1965) yalnız mövzu problematikası ilə deyil, problemin qoyuluşu, eləcə sovet ideolojisinin cızdığı düşüncə orbitindən kənara çıxması ilə diqqəti cəlb edirdi. Monoqrafiyada böyük ədəbiyyat sənət məsələlərinin qabardılması, ədəbiyyatşünaslığımızın nəzəri müstəviyə çıxaraq müstəqil fikir yürütməsini şərtləndirən amillərdən olur. Tədqiqatçı alim Y.Qarayev bu tədqiqatı ilə ədəbiyyatı sosiolojidən ayırmaqla yanaşı, ədəbiyyatşünaslığa fəlsəfi, problematik istiqamət verməklə yeni bir status qazandırmış oldu. Problemin özü (faciə qəhrəman) kifayət qədər dövrün ədəbi ideolojisi siyasəti üçün yad bir problem olmasına rəğmən, elmdə ilk addımlarını atırdı, tədqiqatçı  ədəbiyyat tarixçiliyinə mövzuya baxışda, elmi həllində yeni, nüfuzlu fikir deyə bilmişdi. Y.Qarayevin araşdırmalarını fərqləndirən  problemə çağdaş baxış, nəzəri erudisiya, ədəbiyyatşünas cəsarəti, ədəbi faktı dəyərləndirmə bacarığı s. keyfiyyətlər  onun sonrakı yaradıcılığında artan xətt üzrə inkişaf edərək  bu sahədə böyük bir nüfuz sahibinə çevirdi.  Azərbaycan ədəbiyyatşünaslığında elmi həllini gözləyən  araşdırmalar bundan sonra alimin nüfuz dairəsinə daxil olur yalnız özünün deyil, bütövlükdə ədəbiyyatşünaslığımızın, ədəbi elmi düşüncəmizin simvoluna çevrilən "Realizm, sənət həqiqət" fundamental monoqrafiyası ilə, bəlkə çoxları üçün dar sahə hesab olunan ədəbiyyatşünaslıqda maksimal nəticə əldə etmənin əsasını qoyur.  Bizdə Y.Qarayevə qədər maarifçi realizm, realizm tənqidi realizm haqqında həm nəzəri cəhətdən, həm ədəbiyyatımızda  ifadə olunması baxımından yüksək nəzəri fikir deyilməmişdi. Ədəbiyyat tariximizin böyük bir mərhələ, istiqamət keyfiyyətlərini əhatə edən bu  problemlər, hətta bir çox cəhətdən dünya nəzəri fikri ilə həmahəng səsləşən yeni düşüncəni özündə ehtiva edirdi. Burada sadəcə ədəbiyyat məsələləri araşdırılmırdı, həm xalqın keçdiyi milli düşüncə coğrafiyasının, milli şüurun, ictimai münasibətlərin formalaşması, milli kimliyin təzahürü problemləri təhlil obyekti olurdu. M.F.Axundzadə yaradıcılığının müxtəlif parametrləri məhz bu əsərdə özünün nəzəri qiymətini aldığı kimi, əsərləri yeni düşüncə orbitindən şərh olunurdu. Bu araşdırmalarda dövrün sosioloji meylləri, ideoloji təmayülləri özünü göstərmədiyindən, tədqiqatlar bu gün canlılığını, enerjisini qoruyub saxlaya bilir. M.F.Axundzadə əsərlərinin  fundamental araşdırılması bu böyük fikir mücahidi ilə bağlı ayrıca bir monoqrafiyanın yaranmasına səbəb olur. O, "Mirzə Fətəli Axundov" (1982) monoqrafiyasında komedioqraf, yazıçı, tənqidçi filosofun həyatı, məramı, əsərləri haqqında ən son elmi qənaətlərini bölüşdürürdü.  Sonralar Yaşar Qarayevin ədəbiyyat tarixçiliyi, onun ayrı-ayrı mərhələ problemləri, şəxsiyyətləri ilə bağlı bir çox tədqiqatları dərc olundu. "Ədəbi üfüqlər" (1985), "Meyar şəxsiyyətdir" (1989), "Tarix: yaxından, uzaqdan" (1996) s. kitablarının hər biri ədəbi, elmi mühitdə bir hadisəyə çevrilirdi. Ömrünün sonlarına yaxın ədəbiyyatşünas alimin ədəbiyyat tarixçiliyi, ayrı-ayrı şəxsiyyətlərin həyatı, taleyi ilə bağlı araşdırmaları onun yaradıcılığının yeni bir keyfiyyətini üzə çıxardı.  Onun tarixi ədəbi faktlara yeni ruh can verməsi, onu mənalandırması, elmi interpretasiyaları ədəbiyyat tarixçiliyi janrını yenidən aktuallaşdırdı.  Cümhuriyyət ədəbiyyatı, Əlibəy Hüseynzadə, Cəfər Cabbarlı, Əhməd Cavad,  Məmməd Əmin Rəsulzadə yaradıcılığı məhz onun araşdırmalarında istiqlal məzmununun obrazlı ifadəsini tapdı. Cümhuriyyətin qurulmasında ictimai fikirlə qoşa addımlayan bədii düşüncənin istiqlalçılıq motivləri, rəmzləri, fikir ideyaları tədqiqatçının araşdırmalarının əsasını təşkil edirdi. Y.Qarayevin son elmi araşdırmalarının yekunu olaraq "XIX-XX yüzillərdə Azərbaycan ədəbiyyatı" "Min ilin sonu" kitabları ədəbiyyatşünaslığımız qarşısında yeni perspektivlər açırdı.  Onun ədəbiyyat tarixi ilə bağlı araşdırmaları ədəbiyyat tarixçiliyi ənənəvi ədəbiyyat tarixçiliyindən fərqlənirdi; haradasa burada müəyyən uyğunsuzluqlar da tapmaq olar (yəni sırf ədəbiyyat tarixçiliyi baxımından), bəzi təkrarlara da rast gəlmək olardı, ancaq Y.Qarayev dövrün bədii düşüncəsinin tarixinə öz baxışını yaratdı, burada ədəbiyyatın inkişaf yollarının xüsusiyyətləri araşdırılır, son illərin tibbi müayinə aparatları səviyyəsində ədəbi diaqnozlar qoyulur, elmi araşdırmalar aparılır: özü görkəmli alimin ədəbiyyat tarixinə baxışı fəlsəfi mahiyyət daşıyır, ədəbi, bədii düşüncə ictimai fikirlə paralel olaraq təhlilə cəlb olunur. Buna görə Y.Qarayevin ədəbiyyat tarixçiliyi özünəqədərki özündən sonrakı ədəbiyyat tarixlərindən özünəməxsusluğu ilə seçilir. Bir çox məqalələrində isə tədqiqatçı alim min ilin milli bədii düşüncəsinə fəlsəfi, ictimai baxışını ifadə etməyə nail olur.

Y.Qarayevin tədqiqatçı alim portretini ifadə edərkən onun teatrşünas olaraq milli teatrımızın dünəni bu günü ilə bağlı yazdığı əsərləri, məqalələri xüsusi qeyd etmək lazım gəlir; belə ki, Azərbaycan teatr sənətində Mehdi Məmmədov, Tofik Kazımov kimi rejissorların teatr məktəbi məhz onun məqalələrində bütün təfərrüatları ilə açılırdı. Cəlil Məmmədquluzadə, Sabit Rəhman, İlyas Əfəndiyev başqalarının əsərlərinin tamaşa həyatı onun fəlsəfi yozumu ilə yeni həyat qazanmış olurdu. Bu dövrdə teatr məktəblərinin tamaşaçı ilə təmasında Y.Qarayev məqalələrinin  təsiri az olmurdu. Bu məqalələrin "Səhnəmiz müasirlərimiz" (1972) adı ilə kitab şəklində  dərc olunması teatr tənqidinin yeni bir mərhələyə daxil olmasında ən önəmli  yerlərdən birini tuturdu.

Ədəbi, ictimai tənqidimizin YAŞARI patriarxı Yaşar Qarayev həm bir tənqidçi idi; belə ki, Azərbaycan tənqidinin sosioloji, ideoloji meyllərdən azad olmasında fəlsəfi, obrazlı məzmun daşımasında onun tənqidinin böyük rolu vardı. Ədəbiyyatımızın keyfiyyət baxımından dəyişilməsində 60-cılar nəslinin rolu qabardılarkən, nədənsə, tənqid tənqidçilər unudulur. Halbuki yeni ədəbiyyatın ictimai fikrin təşəkkülündə Məsud Əlioğlu, Asif Əfəndiyevlə yanaşı Yaşar Qarayevin obrazlı, fəlsəfi tənqidinin funksionallığını yaddan çıxarmamaq gərəkir. Hər hansı bir əsər onun tənqidində yeni bir ədəbi həyat qazanmış olurdu; tənqidçinin yaradıcı baxışı, yanaşması bədii əsərlə yanaşı tənqidin özünə müstəqil janr olaraq nüfuz qazandırırdı. Onun tənqidi məqalələri böyük ədəbiyyat, saf sənət yolunda yeni nəzəri istiqamətlər verirdi. "Tənqid: problemlər, portretlər" (1976), "Poeziya nəsr" (1979) kitabları bütövlükdə tənqidin gəlişməsinin  təməl faktorları kimi çıxış edir. Y.Qarayev tənqidi bir çox həmkarlarının yaradıcı məhsulları ilə birlikdə Azərbaycan tənqidinə yeni bir status qazandıraraq vəzifələrini genişləndirdi, məzmununu zənginləşdirdi. Yaşar Qarayev marksist tənqidin tüğyan etdiyi bir zamanda bu janra millilik ictimailik qazandırdı, tənqidin öldürücü, məhvedici gücünü azaldaraq ideya mülahizələrinə liberalizm qatdı, bədii düşüncənin bir xətli olmayıb çoxyönlülüyünü təsdiq etmiş oldu. Onun hər bir əsərə yanaşma tərzi təhlil-baxış bucağı, obrazlı ifadələri tezliklə "Yaşar Qarayev tənqidi" terminin yaranmasına nədən oldu. Onun yaradıcılığında tənqidin vəzifəsi  dünya ədəbi fikrindəki funksiyasına yaxınlaşdırıldı, yeni fikir cərəyanı meydana gətirərək onun populyarlığını daha da artırdı. Yaşar Qarayev tənqidinin qərarlılığı, dürüstlüyü, saflığı, təmizliyi, obyektivliyi, hər bir əsərə sənət düşüncəsi ilə yanaşması bu bucaqdan da təhlil etməsi onun tənqidçi şəxsiyyətini önə çıxardı. Tənqidin vəzifəsini düzgün anlamayanlar belə Y.Qarayevin arqumentli, canlı, qərəzsiz, obrazlı tənqidinin obyekti olmaq fürsətini qaçırmaq istəmədilər. 

Yaşar Qarayev şəxsiyyəti haqqında düşünərkən istər-istəməz onun fəaliyyətinin idarəçilik yönünü xatırlamalı oluram; nədən ki, mənim namizədlik müdafiəm , doktorluq işimin müzakirəsi onun Ədəbiyyat İnstitutunun direktoru olduğu dövrə düşdü. Müdafiə Nazirliyinin orqanı "Azərbaycan ordusu" qəzetinin redaktor müavinliyindən Silahlı Qüvvələrin sıralarından ehtiyata  buraxıldıqdan sonra Ədəbiyyat İnstitutunda işə başlayarkən Yaşar Qarayevlə tez-tez görüşmək, onun ədəbiyyat siyasəti strategiyası ilə yaxından tanış olmaq imkanım oldu. Bəlkə elmi toplumu idarə etmək, tələb etmək, İnstitutun canlı orqanizm kimi fəaliyyəti yönündə onun imkanları elmi fəaliyyət sferasının yanında zəif təsir bağışlaya bilərdi, ancaq mən qəti əminəm ki, Yaşar Qarayevin ədəbi siyasəti həyata keçirmək üçün nəzəri bazası, potensial imkanları hüdudsuz idi, onda Azərbaycan ədəbiyyatının dünəni, bu günü sabahı, prioritet istiqamətləri, perspektivləri  haqqında aydın təsəvvürlər vardı, sadəcə bu təsəvvürləri reallaşdırmaq üçün zəngin kadr potensialını səfərbərliyə almaq imkanlarını, səylərini birləşdirmək lazım idi. İyirmi ilə yaxın bir müddətdə Ədəbiyyat İnstitutuna ədəbi siyasətə rəhbərlik edən Yaşar Qarayev maksimum dərəcədə bu imkandan yararlanaraq ədəbiyyatşünaslığımızda yeni elmi istiqamətlər açmağa müvəffəq oldu. Onun son dərəcə bənzərsiz elmi, tənqidi  əsərlərinin hər biri bu gün ictimai fikrə təsir etmək gücünü, enerjisini, canlılığını qoruyub saxlayır. Ədəbi prosesi uzun müddət  öz təsiri altında saxlayan Yaşar Qarayev üslubu, elmi, tənqidi düşüncəsinin bənzərsizliyi onun əsərlərinin, eləcə şəxsiyyətinin Yaşarılığını hələ bundan sonra da yaşatmaq gücündədir.

 





06.03.2014    çap et  çap et