525.Az

Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru"


 

Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru" <b style="color:red"></b>

Muzey Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin, Beynəlxalq Musiqi Şurası Azərbaycan Milli Musiqi Komitəsinin "Kukla" Art qalereyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru" mövzusunda tədbir keçirilib.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Azərbaycanda xanım, qadın anlayışına həmişə böyük rəğbət, hörmət bəsləndiyini söyləyib: "Gözəllik nuru" 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təbrikdir, təsviri sənətlə musiqinin birləşməsi, vernisaj konsertin sintezidir. Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib". Nazir əlamətdar bayram münasibətilə qadınları təbrik edib.

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan xanımlarının öz peşəkarlıqları, istedadları ilə dövlətimizin inkişafına, çiçəklənməsinə töhfələr verdiklərini söyləyib.

Tədbir çərçivəsində əvvəlcə konsert proqramı təqdim edilib. Respublikanın tanınmış musiqiçilərinin ifasında "Sinayaya veçnost", "Aşıq Ələsgər", "Durna", "Dağlarda bayram", "Unutma məni" mahnıları dinlənilib.

Tədbirdə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri, həmçinin Muzey Mərkəzinin kolleksiyası ayrı-ayrı rəssamların qadınlara həsr etdikləri əsərlər nümayiş olunur.

Sərgidə, ümumilikdə, 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq batika əsəri, "Kukla" Art qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim edilir.

Sərginin əsas məqsədi qadın rəssamların yaradıcılığının təbliği, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunmasıdır.

Sərgi martın 9-dək davam edəcək.

S.ABDULLAYEVA

 





06.03.2014    çap et  çap et