525.Az

Qafqaz Universitetində 8 Mart bayramı qeyd edilib


 

Qafqaz Universitetində 8 Mart bayramı qeyd edilib<b style="color:red"></b>  
Qafqaz Universitetində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra bu təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə Qafqaz Universitetinin müəllim və tələbələri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edirdilər. Tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç çıxış edərək qadınların cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs edib, əlamətdar gün münasibətilə onlara xoş arzularını bildirib. Rektor Beynəlxalq Qadınlar Gününün geniş şəkildə qeyd olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün Azərbaycanda gender bərabəprliyi yüksək səviyyədə təmin edilib. Qadınlar Azərbaycanın bütün fəaliyyət sahələrində yüksək faizlə təmin olunurlar. Qadınların hüquqlarının qorunması, təmin edilməsi başlıca prioritet elan edilib. Təhsil sahəsində çalışanların böyük əksəriyyəti də məhz qadınlardır. Azərbaycanda qızların orta və ali təhsil almaları üçün hər cür şərait yaradılıb. Bu gün Qafqaz Universitetində də yüzlərlə qızlar təhsil alır, gələcək karyeralarının uğurlu təməllərini atırlar. Rektor Azərbaycan qadınlarını bir daha 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.     

Digər çıxış edənlər də Azərbaycan qadınının keçdiyi şərəfli inkişaf yolundan danışıb, onun cəmiyyətin bütün sahələrində, o cümlədən elm və təhsil sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayıblar. Azərbaycan qadının şərəfinə müxtəlif şerlər və mahnılar səsləndirilib. Qadın adının daim müqəddəs və uca tutulduğunu söyləyən natiqlər bayram münasibətilə tələbə qızları təbrik ediblər.
Sonra tanınmış incəsənət ustaları, eləcə də tələbələr maraqlı konsert proqramı ilə çıxış ediblər.
 





07.03.2014    çap et  çap et