525.Az

Nazirlərin pişikləri dalaşdı


 

Nazirlərin pişikləri dalaşdı<b style="color:red"></b>

Larri ilə Freyanı çətinliklə ayırıblar.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün İngiltərənin baş naziri David Kameronun pişiyi Larri ilə maliyyə naziri Georgi Osbornenin pişiyi Freya arasında dava düşüb.

İngiltərənin paytaxtı Londonda Baş Nazirliyin iqamətgahının yerləşdiyi mərkəzi "Downing Street" küçəsində nazirlərin dalaşan pişiklərini ayırmaq mümkün olmadıqda polis işə qarışmalı olub. Pişikləri maraqla izləyən media nümayəndələri fürsətdən istifadə edərək onları görüntüləyib.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et