525.Az

Ümidlə inamın işığında


 

Ümidlə inamın işığında <b style="color:red"></b>

Poeziya kədərsiz təsəvvüredilməzdir. Amma böyük poeziyaya böyük kədər, dünyəvi kədər, bəşəriyyətin taleyi haqqında narahatlıqlardan doğan kədər lazımdır”.


Aydın
Məmmədov

  

Sovet rejiminin ədəbiyyat siyasətində qəmə, kədərə yer yox idi. Tənqid hamınıələmdən nəşəyəsəsləyir, mahiyyətində kədər ifadə olunan hər cür sənətə, xüsusənqəmin poeziyasıkimi yaranan romantik şeirə, romantizm ədəbi cərəyanına da bu mənadadaloy  deyilir, onlar ideolojinin bütün gücü təlqinləri ilə təhrif olunur,  gözdən salınırdı. Bu, sovet rejiminin düşünülmüş siyasəti idi. Çünki sənətdəki qəmin, kədərin qnesioloji kökləri milli yaddaşla bağlı idi, milli özünüdərkin bədii ifadəsi idi.

 

Ancaq milli müstəqillik dövrünün ədəbiyyatında qəm, kədər motivi sənətə, xüsusən poeziyaya total şəkildə nüfuz edərək, əgər belə demək mümkünsə, onun aparıcı pafosuna çevrilmək imkanı qazandı. Fikrimizcə, milli müstəqillik dövrünün poeziyasının qəm, kədər notuna köklənməsinin kökündə XX əsrin əvvəllərinin poeziyasında olduğu kimi, fəal vətəndaşlıq düşüncəsi dayanır. Elə bilirəm ki, bu motivi məhz estetik düşüncənin milli varlıq, milli birlik dövlətçilik uğrunda mübarizəsinin tərkib hissəsi kimi başa düşmək lazımdır. Qəti bir əminliklə onu da demək olar ki, yeni əsrin ədəbi prosesində hər gün daha artıq şəkildə özünü göstərənqəmin poeziyasının  ağladıqca kişi qeyrətsiz olurtendensiyası ilə heç bir bağlılığı yoxdur. Hərgah ki, tənqid ədəbiyyatşünaslıqda ədəbiyyatın bu motivinə zəiflik əlaməti kimi yanaşmaq psixologiyası da özünə yer alıb.

 

Çağdaş şeirimizdəqəmin poeziyası yaradanlar sırasında Firuzə Məmmədlinin özünəməxsus yeri vardır. F.Məmmədlinin oxuculara təqdim olunanDərd üzünü gizləyirkitabı (Bakı, “Adiloğlunəşr., 2011) zamanla üz-üzə duran, nəhəng zaman nəhrinin axınına qarşı üzən, həm yorulmaz-usanmaz bir güc-qüvvətlə üzən vətəndaş şairənin vətəndaş  narahatlığının konseptual əksidir.

 

Həcmcə çox da böyük olmayan bu şeir kitabında toplanan şeirlərin birincioxusu poetikSözün həqiqətlərini bütövlükdə görməyə mənə imkan vermədi. Birincioxuənənəvi milli-realist üslubda yazılmış bu şeirlərin qeyri-ənənəviliyi haqqında ilkin qənaətlər formalaşdırsa da, bu qənaətlərin məzmunu mənim üçün tam aydın deyildi. Firuzənin şeirləri çətinələ gəlir”, çətin qavranılırdı. Bəlkə, bu, rasional düşüncənin şairənin şeirlərindəki sərhədsiz aktivliyi ilə bağlı idi? Axı, şairə:

 

Hər üzünəhazıram

 

Yaxşı, yaman ... yazıram.

 

Dibindən söz qazıram,

 

Ağrıyır, beynim daha

 

 

misralarında özü sanki bizim düşündüyümüzü təsdiq edirdi. Lakin bədii mətnlərin ilkin təəssüratları belə, bu ehtimalı birmənalı həqiqət şəklində qavramağa imkan vermirdi. Çünki Firuzənin söz dünyasında onun inikas üsulunun mürəkkəbliyinə işarə edən başqa simvollar da aydın görünməkdədir. “Gəlirşeirində şairə etiraf edirdi ki, sözlərim:

 

 

Qəlbimdə yoğrulur, beynimdən sızır,

 

Boyumdan, çəkimdən, eynimdən sızır,

 

Oynumdan, fəndimdən, felimdən sızır,

 

Məni yorub əldən salmağa gəlir.

 

 

İlkin oxudan alınan əsas qənaətlərdən biri bu idi ki, Firuzənin şeirləri həqiqi yaşantının məhsuludur. Burada hissi rasional düşüncə metaforik düşüncə ilə üzvi bir sintez yaradır. Şeir Firuzənin bütün varlığından qopur. Həyatın ona təlqin etdikləri, hissini, düşüncəsini əsir edərək şairəni yorub əldən salanda qələmə əl atmamaq mümkünsüzləşir. Ruhi rahatlıq yalnız bu zaman – “ürəkdən yük atılanda” (N.Kəsəmənli) gəlir.

 

Sanki hər şey aydındır. Hamı kimi, bütün digər həmkarları kimi, Firuzə həyat materialını hissindən düşüncəsindən keçirib, istedadının imkanları çərçivəsində onu bədii həqiqətə çevirir. Yəni bədii sözün ənənəvi ifadə yolu. Elə isəDərd üzünü gizləyirkitabında toplanmış şeirlərin hələilk oxudan oxucuya təlqin etdiyi, intuitiv olaraq dərk edilən isə bir qeyri-adilik nədən ibarətdir? Bu isəni başa düşmək üçün şeirləri ikinci dəfə oxuyuruq.

 

İkincioxunun ilk təəssüratı belə idi: bu ki, “Şikayətnamədir. Orta əsrlərin yox, yeni əsrinŞikayətnaməsi. Bu həqiqətdir ki, Firuzənin şeirlərindən orta əsrlərŞikayətnaməsininsalam verdim, rüşvət deyildirdeyə almadılarmotivi özünəməxsus bir şəkildə keçib gedir.Firuzə orta əsrlərin Füzuli həqiqətinin ölməzliyini yeni əsrin ibtidasında aşağıdakı kimi təqdim edir:

 

                                  

 

Darthadart bazarında

 

Vallah, ortaq malım yox.

 

Tanrım, məni görmürlər,

 

Ya rüşvətsiz salam yox?

 

 

Bu, bəlkə heç FüzuliFiruzə bağlılığının estetik təzahürü deyil, Firuzənin Füzuliyanənəfəsi deyil, bu, bəlkə, daha çoxrüşvətsiz salamların olmadığı zamanlar arasındakı əlaqənin həssas müşahidəsindən doğan bir keyfiyyət kimi təcəssümünü tapır? Qəti fikir söyləmək çətindir. Ancaq bir məsələ var ki, bu, irs-varislik əlaqəsinin heç sadə təbiətli olmadığını, üzdən görünən tərəflərlə sonuclanmadığını göstərir. “Şikayətnaməruhu Firuzə yaradıcılığında ancaqGəlirşeirində üzə çıxan bir xüsusiyyət deyildir. Fikrimizcə, “GəlirFiruzə şeiriniŞikayətnamə, Füzuli kədərinə bağlayan ən üzdə olan, prozaik bir cəhətin ifadəsi kimi daha çox səciyyəvidir. İrs-varislik əlaqəsinin həqiqi mahiyyəti Firuzə şeirinin həyat materialına münasibətinin estetik dərinliyindədir, bu poeziyanın fəlsəfi ümumiləşdirnə gücündədir. Ümumən götürəndə Firuzə lirik şairdir. AncaqDərd üzünü gizləyirkitabındakı lirikanın daxili ahəngi tənqidə köklənib. Bu tənqid öz ruhu, pafosu ilə Zakirdən Sabirə qədər satiranın keçdiyi klassik yolun ahəngindən köklü şəkildə fərqlənir. Baxmayaraq ki, tənqid ədəbiyyatşünaslıq sübut edib ki, Füzulidən Sabirə qədər Azərbaycan poeziyasının keçdiyi yolda Füzuliyə yaradıcı münasibət ən həqiqi bir məzmunda Sabir yaradıcılığında üzə çıxıb. Yəni lirik şeirlə satirik şeirin üzvi bağlılığı ədəbiyyatımız üçün qanunauyğun bir hadisədir.

 

Çağdaş poeziyada dərdin aparıcı motiv səviyyəsinə qalxmasının təkzibedilməz bir həqiqət olduğunu qəbul etsək, onda dərdinşairliyin əsas sərmayəsiolmasına dair Füzuli həqiqətinə gəlib çıxmış olarıq. Bu cəhət təkcə Füzuli poeziyasının ölməzliyini sübut edən bir göstərici deyil, bu həm çağdaş dövr milli poeziyamızın Füzuli şeirinin varisi kimi çıxış etmək imkanlarının göstəricisidir. Dərdşairliyin əsas sərmayəsikimi çağdaş poeziyanın da estetik həqiqəti kimi təzahür edirsə, bu, müasirlərimizinFüzuli orbitində fırlanmalarının  əlaməti deyiı. Bu, şeirə məxsus əlamətdar keyfiyyətin, şeir poetikasının özünəməxsusluğunun  zaman-zaman öz əslini qoruyub saxlaması, böyük poeziya məktəbinin imkanlarının bitib-tükənməzliyidir. Firuzənin sənət yolu da bu poeziya məktəbindən keçib həyata vəsiqə alır, poeziya ümmanının bir damlası kimi özünü təsdiq edir.

 

Firuzə Məmmədli şeirlərinin birinin ilk bəndində yazır:

 

 

Bu dərd sənə ürək açıb,

 

Köynəyindən keçir daha.

 

 

Həmin şeirin son bəndi isə belə bitir:

 

                                              

 

Yüklə ürəyinə, daşı,

 

Dərd ürəyin çəkisidir.

 

 

Dərdin bu cür poetik mənalandırılması, dərdə olunanelani-eşqona Məcnunsayaq, lap elədərd əlindən dağa çıxanFüzulisayaq münasibətin cizgilərini özündə əks etdirsə , şairə, bir çox şeirlərində yenə Füzulisayaqdərd əlindən dağa çıxdığınıelan etsə ,

 

                                              

 

Dərd başımamərəkə,

 

Uduram çəkə-çəkə,

 

 

Yaxud

 

 

Gələninin üzünə

 

Qapını dərd açacaq

 

 

deyərəkdərd dolu illəryaşadığını poetik düşüncənin predmetinə çevirsə biz bu şikayətin səmimiliyinə, həqiqətin bədii ifadəsindən doğduğuna inansaq da, bu şeirlərdə hələ dərdşairliyin əsas sərmayəsikimi çıxış edə bilmir.Yazımızın pafosunu nikbinliyə kökləyən cəhət isə odur ki, bu tipli şeirlər ümumən Firuzənin yaradıcılığında fərdi üslubun daşıyıcısı rolunda çıxış etmir, dominantlıq yaratmır.

 

Dərd üzünü gizləyirkitabında F.Məmmədli ədəbiyyatın bu estetik missiyasından çıxış edir. İlk növbədə, milli-mənəvi varlığımızı analitik təhlil müstəvisinə gətirərək, mənəviyyatın ekologiyasında baş verən sapmalar, bunların səbəbləri profilaktikası haqqında düşüncələrini oxucuları ilə bölüşür.

 

Bubölüşmə sənətkarın poetik düşüncənin sərhədlərini şüurlu şəkildə genişləndirmək istəyi hiss olunmur. Hiss olunur ki, “üzünü gizlədəndərdlər lirikanın predmeti olmamışdan, lirikmənin daxili dünyasına daxil olmamışdan qabaq bir vətəndaş kimi, bir insan kimi daim Firuzəni düşündürmüş, narahat etmişdir. Firuzənin içidərd doludur, O, daim budərdlərin ağrısı ilə yaşayır, bu ağrıların dözülməzliyi çox vaxt onları poetik sözə çevirir. BöyükSözün Firuzənin yaradıcılıq laboratoriyasında məhz bu cür ətə-qana dolmasına dair sənətkar bizə heç demir. Ancaq biz bunu bütün varlığımızla duyur, hiss edirik. Çünki Firuzənin poetiksözə çevirdiyi ağrıları biz yaşayırıq.

 

İnsan əxlaqı, mənəviyyatı Firuzə Məmmədlini milli-tarixi planda da düşündürür. Yaşı, həyat təcrübəsi, milli-tarixi varlığa bağlılığı imkan verir ki, insanın daxili dünyasına dəyişən zamanların kontekstində nüfuz edə bilsin. Firuzənin insanlıq, əxlaq, mənəviyyat haqqında düşüncə konsepsiyası öz başlanğıcını milli varlığın tarixi  xarakterindən götürür. Görünür ki, tarixi yaxşı bilən sənətkar milli xarakterin tarixi təbiətinə yetərincə bələddir. O, çağdaş zamana, onun insanına milli-tarixi varlıqdan baxır, onun təbiətində əmələ gələn metamarfozaları məhz bu meyarla görüntüyə gətirib, ona kəskin tənqidi münasibət bildirir.

 

Firuzə Məmmədli əyilməkdən dörd qat olub”, boyundataqət qalmayançağdaş insana tarixi xarakterimizin əyilməz dünyasından baxır. Çağdaş insanın görünməmiş surətlə əxz etdyi yalançılıq, ikiüzlülük, əyrilik, natəmizlik, yaltaqlıq, vəzifə hərisliyi, bu yolda namusunu belə çəkinmədən hərraca qoyması Firuzəni daxilən sarsıdır. Məhz busarsılmaanında lirik qəhrəmanın əhvali-ruhiyyəsində bir pessimizm müşahidə edirik. Firuzə bütün bu bu psixoloji məqamları, insan haqqında düşüncələrini gerçəkliyin dəqiq ifadəsi kimi tam təbii şəkildə poetikləşdirir:

 

 

Dağını, daşını yeyir,

 

Min illik yaşını yeyir.

 

Dünyanın başını yeyir,

 

İndi gözü açdı adam.

 

           

 

Bu poetik qənaətlər artıq neçə əsrlərdir ki, maddiyə köklənən insanın çağdaş durumu haqqında acı həqiqətləri əks etdirməklə bərabər, insanlığın keçib gəldiyi tarixi yolu da öz içərisinə alır.

 

Dərd üzünü gizləyirkitabındakı şeirlərin hamısının estetik qayəsi milli intibah düşüncəsinə hesablanıb. F.Məmmədli  həyat hadisələrinə, gördüklərinə, müşahidə etdiklərinə, bədii təsvirin predmetinə çevirdiyi çoxsaylı insan xislətlərinə, əməl hərəkətlərinə ancaq bu mövqedən yanaşır, dəyər verir. O öz şeirlərini gümandan ümidə, ümiddən inama, inamdan həqiqətə gedən yolun işığında yazır. Bu şeirlərdə lirik qəhrəman tapındığı həqiqəti gümanının, ümidin inamın işığında axtarır. “Dərd üzünü gizləyirkitabı oxucusunu da gümanın, ümidin, inamın işığında həqiqəti tapmağa səsləyir.

 

 





10.03.2014    çap et  çap et