525.Az

Londonda "Qafqaz" bədii filminin premyerası olub


 

Londonda "Qafqaz" bədii filminin premyerası olub<b style="color:red"></b>

Londonda Kino Televiziya Sənəti Akademiyasında (BAFTA) Azərbaycan ilə Türkiyə kinematoqrafçılarının birgə çəkdiyi "Qafqaz" bədii filminin premyerası olub. Xəzər Strateji İnstitutu (HASEN), Türiyənin Mədəniyyət Turizm Nazirliyi, Azərbaycanın Gənclər İdman Nazirliyi filmə sponsorluq edib. Gənclər İdman Nazirliyindən verilən məlumata görə, filmin nümayişindən əvvəl, HASEN-in baş katibi Haldun Yavaş filmin istehsalçılarına ərsəyə gətirilməsində dəstəyi olanlara minnətdarlığını bildirib. Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz filmin Azərbaycan Türkiyə qardaşlığının bir nümunəsi olduğunu bildirib. Hər iki ölkə kinematoqrafçılarının gələcəkdə uğurlu layihələrdə iştirak edəcəklərindən əminliyini ifadə edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov iştirakçıları qarşıdan gələn Novruz Bayramı müansibəti ilə təbrik edib. Səfir, filmdə ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmasının əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlarda Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd edib. Layihəni yüksək qiymətləndirən diplomat, çıxışının sonunda filmin ərsəyə gətirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.

Milli Məclisin deputatı Ceyhun Osmanlı layihənin başlaması filmin çəkilişi haqqında məlumat verib. Ulu öndərlərin - Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimiz arasında həmçinin filmin çəkilişində hər zaman əsas prinsip olduğunu qeyd edib.  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin deputatı Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulayıb: : "Bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Filmin rejissoru baş rolun oyuncusu Ərhan Güləryüz türkiyəli aktrisa Tuğçe Kazaz hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edən filmdə rol almaqdan məmnunluqlarını ifadə edib.

Çıxışlarından sonar sənətçilərə Qarabağ xalçaları hədiyyə edilmişdir.

Gerçək hekayəyə əsaslanan film, 1992-ci illərin hadisələrini canlandıran romantik-sevgi filmidir. Filmdə aktrisa, "Miss Türkiyə-2001"-in qalibi Tuğçe Kazaz "Ayna" Qrupunun solisti Erhan Güləryüz, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı başqaları rol alıb.Film tamaşaçıların böyük rəğbətini qazanıb.

S.ABDULLAYEVA

 





14.03.2014    çap et  çap et