525.Az

Abel Məhərrəmov: “Gənclər humanitar sahələrə daha çox maraq göstərirlər” - açıqlama


 

Abel Məhərrəmov: “Gənclər humanitar sahələrə daha çox maraq göstərirlər” - <b style="color:red">açıqlama</b>

“Bugünkü reallıq ondan ibarətdir ki, gənclər humanitar elmlərə daha çox maraq göstərirlər. Əgər bu gün humanitar elmlərlə fundamental-təbiət elmlərinin müqayisəsini aparsaq görərik ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclər humanitar sahələrə daha çox maraq göstərirlər”.

Bunu 525.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU)  rektoru Abel Məhərrəmov deyib.

Rektor bildirib ki, son 10 ildə iki sahə arasındakı bu nisbət müsbətə doğru artıb: “Gənclərin artıq təbiət və fundamental elmlərə marağı artır. Arzu edərdim ki, kənd təsərrüfatı sahəsinə də maraqlar artsın. Müsbət dinamikanın o sahədə yayılmasında dövlətin diqqət və qayğısının, hazırlanan strateji sənədlərin müəyyən təsiri olacaq”.

S.QARAYEVA

 





18.10.2012    çap et  çap et