525.Az

Londonda “Bakı prosesi”nin 5 illiyi ilə bağlı tədbir keçirilib


 

Londonda “Bakı prosesi”nin 5 illiyi ilə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Böyük Britaniyanın paytaxtı Londonda “Bakı prosesi”nin 5 illik yubiley mərasimi və Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçirilib. Tədbirdə UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının, Ərəb Liqası Böyük Britaniyanın Koventri Universitetinin Sülh, Etimad Sosial Münasibətlər Mərkəzinin yüksək vəzifəli şəxsləri, həmçinin Böyük Britaniya parlamentinin üzvləri, bu ölkənin nüfuzlu siyasətçiləri elm xadimləri iştirak ediblər. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, səfir Fəxrəddin Qurbanov çıxışında son illərdə dünya xalqları arasında dialoqun təşviqi inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu, ilk növbədə, ölkəmizin geosiyasi əhəmiyyəti ilə bağlı olan məsələdir. Azərbaycan Şimal ilə Cənubun, Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşir: “Real coğrafi geomədəni imkanlara malik olan Azərbaycan, eyni zamanda, həm Avropa Şurasına, həm İSESCO-ya üzv olan yeganə dövlətdir. Azərbaycanın həm islam dövlətləri, həm Qərb ölkələri ilə möhkəm dostluq əməkdaşlıq münasibətləri vardır. Bütün bunlarla yanaşı, Azərbaycan müxtəlif etnosların millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən mehriban dostluq qardaşlıq şəraitində yaşadığı tolerant bir ölkədir. Bu səbəbdən müxtəlif mədəniyyətlərin qitələrin qovuşuğunda yerləşən Azərbaycanın həm geosiyasi vəziyyəti, həm mədəni zənginliyiBakı prosesiçərçivəsində mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa ona qonşu regionların hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verir”.

 

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs QarayevBakı prosesinin mahiyyəti tarixi haqqında ətraflı məlumat verib: “Bakı prosesi” 2008-ci ilin dekabrında paytaxtımızda keçirilmiş Avropa ona qonşu regionların mədəniyyət nazirlərinin konfransında irəli sürülüb. Bu konfransda ilk dəfə olaraq 10 islam ölkəsinin iştirak etməsi ilə yeni bir formanın əsası qoyulub. Ümumilikdə 48 ölkənin, 8 beynəlxalq təşkilatın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdikləri bu konfransda Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraqMədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsiqəbul edilib, beləliklə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutanBakı prosesinin bu prosesin uğurla davam etdirilməsi məqsədilə Azərbaycan tərəfindən təklif edilənSənətçilər dialoq naminəlayihəsinin əsası qoyulub.

 

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi, irəli sürdüyü təkliflər verdiyi tövsiyələrBakı prosesinin qlobal bir təşəbbüsə çevrilməsinə səbəb olub. “Bakı prosesinin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransına Azərbaycanın təşəbbüsü ilə islam ölkələri ilə yanaşı, 10-dan çox Avropa dövlətinin təmsilçisi dəvət olunub. 2010-cu ildə isə bu regional təşəbbüs qlobal hərəkata çevrilməyə başlayıb BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi təşəbbüsü elan edilib. Prezident İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş birinci ikinci Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları haqqında məlumat verən Ə.Qarayev demişdir ki, bu möhtəşəm tədbirlər UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin, İSESCO-nun, BMT-nin Dünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə reallaşıb. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Forum hər iki ildən bir Azərbaycanda keçirilir”.

 

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansının strateji məsələlər üzrə müşaviri Jan Kristof Bas, UNESCO-nun sülh qeyri-zorakılıq mədəniyyəti üzrə sektorlararası platformasının rəhbəri xanım Katerina Stenou, Dünya Turizm Təşkilatının Orta Şərq üzrə regional direktoru Əmr Abdel-Qaffar, İngiltərənin ən böyük İslam Mədəniyyət Mərkəzinin (İMM) baş katibi Əhməd Dubayan başqalarının iştirakı ilə mövzuya dair müzakirələr aparılıb”.

 

Tədbirdə ölkəmiz haqqında film nümayiş etdirilib.

 

S.ABDULLAYEVA

 

 





15.03.2014    çap et  çap et