525.Az

Dost, tost, yaxud qafiyə qohumluğu...


 

Azər Mustafazadənin 75 illiyinə

Dost, tost, yaxud qafiyə qohumluğu...<b style="color:red"></b>

Azər müəllimi 1974- ildən tanıyıram, hesablayanda qırx il eləyirbir igidin ömrüdü, sizə zarafat gəlməsin. Yəqin ki, tanışlığımızın, sonralar dostluğa çevrilən münasibətimizin tarixi mənə mənəvi haqq verir ki, onun barəsində ürək sözlərimi dilimə gətirim. Ən vacibi odur ki, bu haqqın halallığını mənə Azər Mustafazadənin özü verib. Buna görə əziz dostuma qırx illik təşəkkürlərim...

Əzizim Azər!

Romanlarımdan birində yazmışam ki, dünyada doğulmayanların sayı doğulanların sayından milyardlarla dəfə çoxdur doğulmaq üçün öz növbəsini gözləyənlərin sayını-hesabını bilən yoxduAllahdan başqa. Sən isə doğulanların siyahısında olmusan doğulmusan. Böyük Yaradan istəkli bəndələrini dünyaya növbədənkənar gətirmək hüququna da malikdir onun bu hüququ bütün Varlıq tərəfindən tanınır qorunur.

Əzizim Azər!

Düz yetmiş beş il bundan qabaq, mart  ayının iyirmi yeddisində dünyaya gələndə tale qonşusu olduğumuz kimi, qapıbir qonşu olsaydıq mən səndən on-on beş yaş böyük olsaydım deyərdim ki, “Sən bu dünyaya xoş gəlmisən”.  Ancaq üzürlü səbəbdən bunu eləyə bilməmişəm. Çünki səkkiz yaş Səndən kiçiyəm. Ona görə müdrik dostum kimi səndən xahiş edirəm ki, cəmi-cümlətani yetmiş beş il gecikmiş buxoşgəldinimi qəbul edəsən...

Belə bir deyim deyimdən doğan anlam da var ki, dost dostunu üzünə qarşı tərifləməz. Bəri başdan deyim ki, kökündən yanlışdır heç vaxt naxış ola bilməyəcək bir zaddır. Əslində isə mən səni tərifləmirəm, qırx il müddətində necə görmüşəmsə eləcə təqdim etməyə çalışıram, baxmayaraq ki, buna ehtiyac da yoxdur. Bir ki, İnsanı İnsanın özündən sərrast dəqiq heç kəs təqdim eliyə bilməz. Bu mənada mənə elə gəlir ki, ən möhtəşəm Azər Mustafazadəşünas elə Azər Mustafazadənin özüdür. Çünki mənim əzizim Azər özu özünü təşkil eləyib özu özünü təşkil eliyənlərin Özünütəqdimat ömür mərasimi son dərəcə yüksək səviyyədə olur... Azər Mustafazadənin timsalında bu gün bu məntiqin, bu əxlaqın təntənəsini görürük...

Əsl insanınadam balasının ətrafa olan münasibəti elə Özünə olan münasibətidi. Bu mənada Azər Mustafazadə Özünə qarşı son dərəcə sədaqətli bir şəxsiyyətdir. Məkan məkanın mənəvi-əxlaqi, ziddiyyətli keyfiyyətləri, Zaman zamanın qəliz qeyri-qəliz xasiyyətnaməsi Ona öz varlığının prinsiplərini, hikkə ədasını diktə eləyəndə O, özünə, sədaqətinə, nəticədə öz həqiqətinə heç vaxt xəyanət eləməyib. Çünki bu həssas müdrik vücud yaxşı bilir ki, özünəxəyanət əvvəl-axır özünüiflasa gətirib çıxardırnəticədə İnsan boyda bir varlıq çökür...

Yusif Səmədoğlunun ədəbi nəslindən tutmuş son illərə qədər, çox az sayda yazıçı, şair tapılar ki, mənim doğulduğum Füzuli (Qarabulaq) rayonundakı evimizdə qonaq olmasın. Onların adlarını sadalamağın yeri yoxdu, çooox uzun bir siyahı alınar. Onların içində təpədən-dırnağa söz adamı olan Azər Mustafazadə varo da ata yurdumun köynəyindən keçib, o yurdun mərhəm övladlarından birinə çevrilib. Sözümün canı var. Azər Mustafazadə sayılıb-seçilənböyük vəzifələrdə işləyib. onu tanıyanların hamısı bilir ki, onun tutduğu yüksək dövlət postlarının hamısı ədəbiyyat, mədəniyyət sözlə bağlı olub. Bu mənada biz həm qohumuq, çünki ikimiz sözün belindən gəlmişikSözün beli isə heç vaxt boşalmır...

Azər Mustafazadə ömrünün əlli ilini Azərbaycan sözünəədəbiyyatına həsr eləyib. Belə götürəndə yerdə na qalır ki? Yetmiş beşdən əllini çıxanda qalır iyirmi beş.

Əlli il Azərbaycan ədəbiyyatının halal xoşu olsun!

İyirmi beş il Azər Mustafazadənin halal xoşu olsun!

Elə yetmiş beş il Azər Mustafazadənin halal xoşu olsun!

Azər Mustafazadənin Azərbaycan ədəbiyyatından rus dilinə elədiyi tərcümələrin misli yoxdu. Bu yaxınlarda MoskvanınSovetskiy pisatelnəşriyyatında 40 il qabaq çap olunmuşYamacda nişanə” (“Sled na xolme”) kitabını rus dilində onun tərcüməsində oxudum. Mənə elə gəldi ki, bu kitab elə əvvəldən rusca yazılıb, sonra Azərbaycan dilinə tərcümə olunubsözə münasibətin səviyyəsi bu yerdə idi.

Mənim aləmimdə İnsan sözünün bir mənası da ummaq, umacaq deməkdir. Yer üzündə yaşayanların hamısı kimi Azər Mustafazadənin dünyadan umacağı çox böyükdür. Bu umacağın adı Ünsiyyətdir; insanlarla qaynayıb-qarışmaq, bütün hallarda Özünü onların yerinə qoymağı bacarmaq şansından bəhrələnmək. bu yerdə, yerinə düşər desəm ki, mənim onunla yaxın olduğum qırx il müddətində bir dəfə görmədim ki, o, Azərbaycan xalqının ona elədiyi tövsiyyəyə əməl etsin: uman yerdən küsərlər. O, heç vaxt uman yerdən küsməyib, inciyib elə olub ki, bu incikliyi onun özündən başqa heç kəs bilməyib...

Bir az qəliz da olsa,  deyəcəm. Əgər Zamanı əraziyə çevirmək mümkündürsə, Azər Mustafazadə mənim tərcümeyihalımın böyük bir ərazisini öz səmimiyyəti, istiqanlılığı ərki iləişğaletmiş mərhəm fatehlərdəndir. İndiki dillə desək, bu ərazinin bütün sənədləri qaydasındadır, “kupçisi var...

Azər Mustafazadə Moskvada, Azərbaycan ədəbiyyatı üzrə məsləhətçi işlədiyi illərdə böyük hörmət nüfuz sahibi olub. O vaxt SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alan istedadlı gənclərimizin özlərini bu qərib soyuq şəhərdə rahat hiss eləmələri üçün əlindən gələni , bəzi hallarda isə özünü dağa-daşa çırpıb əlindən gəlməyəni eləyib. O, həm uzun illər bu institutda dərs deyib ən yüksək dövlət postlarında işləyəndə , həmişə, mütəmadi olaraq əsl sənətitərcümə ilə məşğul olub. Onların bir çoxu bu gün ədəbiyyatımızda külüng vurur dağ boyda kişilərdəndir. Əgər, belə deyək , Azər Mustafazadənin vaxtında Moskvada təhsil alanların onun xeyirxahlığı haqqında dediklərini toplayıb çap eliyən olsa, böyük bir kitab meydana çıxar. Bu da ədəbiyyatımıza, böyük mənada isə  insana xidmətdir.

Azər Mustafazadəni tanıdığım gündən sözün bütün mənalarında həmişə onu Diri görmüşəmDiri adamdı. Təəssüf ki, insanların yaşı illərlə ölçülür bəzən insanların yaşı həm xasiyyətin yaşı kimi göstərilir. Bu da kökündən yanlışdır. Çünki xasiyyətin yaşı olmurxasiyyət həmişə cavandır. Heç eşitmisiniz deyələr ki, filankəsin xasiyyətinin iyirmi beş yaxud yetmiş beş yaşı var? Eşidə bilməzsiniz... Bu mənada əzizim Azər özünü tam şəkildə doğrultmuş təsdiq etmişdir; doğrultmaqda təsdiq etməkdə davam edirdavamlı olsun...

Azər Mustafazadənin tanışlarına, dostlarına münasibəti həmişə sabitqədəm olub. O mənada ki, onun mərdliyikişiliyi heç vaxt mövsümi xarakter daşımayıb. Sənin düşdüyün vəziyyətdən, həyati durumundan, qəfil gələn xoşbəxtlikdən bədbəxtlikdən asılı olmayaraq heç vaxt dəyişməyib. Günümüzdəinsan münasibətləri şəbəkəsinin kökündə, mayasında təmənnanın ac qurd kimi ulayıb tüğyan elədiyi, nəfsin mərd Murtuza Əlinin qılıncından iti olduğu, baş girləməyin həyat tərzinə çevrildiyi, doğmaların belə sözünün bir-birinin boğazından çətin keçdiyi yaxud heç keçmədiyi bir vaxtda insanlara Azər Mustafazadə yanaşması gərəklidir, vacibdir, nümunədir. Çünki günümüzün ən böyük ehtiyacı elə budur...

Azər Mustafazadə Dünyanın ən rahat adamlarından biridir. Onun dünyaya baxışı çox gen-boldur, səmimidir, təcrübəlidir, ağıllıdır. Yəqin elə buna görə onunla ünsiyyət insana bir gen-bolluq, ağayanalıq rahatlıq gətirir.

Dostluq haqqında mənim öz anlamım var mən buna çox möhkəm inanıram. Dostlarım azdı, şəxsən tanıdığım, çörək kəsdiyim tanışlarım isə həddindən artıq çoxdur. Bu dairəmdə, bu ətrafda ən müxtəlif adamları görmək olar. Onlarla oturub-dururam, qarşılıqlı olaraq xeyir-şər məclislərimizdə birlikdə oluruq, bəzən karıxandamı, ya darıxandamı bir-birimiz haqqındao mənim dostumdurda deyirik. Deyirik ... Burda pis şey yoxdu... Azər Mustafazadə Moskvadan Bakıya köçəndən sonra ikimizin arasında çöldən-çölə olan münasibət ailəvi dostluğa çevrildi. Balalarımız da bir-birini tanıdılar, bir-birimizin evinə get-gəl elədik. Bütün bunlardan sonra bu qərara gəldim ona da möhkəm inandım ki, iki nəfərin çöldən-çölə dostluğu da gözəldir qədər gözəl olsa da... iki nəfərin səmimi münasibətləri gələcəkdə ailəvi dost olmaq üçün baş məşq kimi bir şeydir, yəni mənim üçün ailəvi dostluga çevrilməyən dostluq yarı yolda qalmış bir münasibətdir, tam mükəmməl deyil, yarımçıqdır. Əlbəttə, bu mənim fikrimdir əgər sizə mübahisəli görünsə, dərinə getməyin...

Əzizim Azər!

Sən yazda doğulmusan, martın iyirmi yeddisində. Elə məni yazda dünyaya gətiriblər. Martın iyirmi üçündə. Ay hesabı ilə götürəndə mən səndən dörd gün böyüyəm, il hesabı götürəndə sən məndən səkkiz yaş böyüksən. Dostluğun yaşı olmadığı kimi, dostların da böyüyü, kiçiyi olmurbütün dostlar yaşıddırekizdilər.

Əzizim Azər!

 İnsan həyatında xoş, yaddaqalan günlər çox olur. Ancaq dünyada insan üçün iki müqəddəs gün var: doğum ölüm; bu iki müqəddəsin arasında varsa ona da ömür deyirlər. İnşaallah, hələ uzun illər sağlam davam eliyəcək ömrünü kişi kimi, mərdi-mərdanə yaşamısan yaşayacaqsan. Sənin kimi yaşamaq insandan böyük enerji tələb eləyir əgər sənin sərf elədiyin bu enerjini elektrik enerjisinə çevirə bilsəydik çox böyük bir mahalı işıqlandırmaq olardıbuna elə inanıram ki...

Əzizim Azər!

sonda... Mən bu yazını yazanda elə bilirdim ki, səninlə üzbəüz oturub, gözlərinin içinə baxa-baxa bu sözləri sənə deyirəməsla yazmıram. Xahiş edirəm mənim bu sözlərimi həm bir tost kimi qəbul elə...

DostTost!

Qafiyədir.

Azər MustafazadəSeyran Səxavət!

Bunlar da qafiyədir... İnanan inansın, inanmayan da qədər gec deyil gedib özünə bir çarə qılsın...

Sağlam ömür arzusu ilə...

 





17.03.2014    çap et  çap et