525.Az

Zirvəyə ucalan yollar


 

("Zirvə" bioqrafik romanının müəllifi yazıçı Məmməd Əfşana açıq məktub)

Zirvəyə ucalan yollar<b style="color:red"></b>

Əziz dost!

Bir-birimizi  çoxdan, lap çoxdan tanıyırıq.

Hələ o vaxtlar Abşeron rayonu yenicə yaradılmışdı, səhv etmirəmsə, 1962-ci ilin dekabr ayında o vaxtkı Xırdalan qəsəbəsi mərkəz olmaqla Bakının, Sumqayıtın, Dəvəçinin (indiki Şabran rayonu)   Siyəzənin əkinçilik   heyvandarlıqla məşğul olan bir sıra qəsəbə   kəndləri  bu yeni rayonun tabeçiliyinə verildi. Bu yeni  rayonun yaradılmasında əsas məqsəd  Bakı Sumqayıt əhalisini tərəvəzlə heyvandarlıq məhsulları ilə təmin etmək idi.

Bizlər , yenicə ali təhsil alıb işə başlayan evsiz-eşiksiz cavanlar həmin rayonun təşkilatlarında  müvafiq sahələrdə əmək fəaliyyətinə cəlb olunduq.

Mən əvvəlcə rayon komsomol komitəsində, sonra da Abşeron Rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışdım.

Sənsə  yazıçı-jurnalist rəhmətlik Faiq Dərgahovun baş redaktorluğu ilə  nəşr olunan "Abşeron" qəzetində işləməyə başladın biz elə o vaxtlarda tanış olduq.

Abşeron Rayon Partiya Komitəsinin bacarıqlı yaradıcı  birinci katibi hörmətli Sadıq Murtuzayev biz cavanları  cəsarətlə irəli çəkdi. Bakı şəhərində köhnə dalan evlərində kirayədə  yaşayan bizlərə heç bir sənəd, arayış, qeydiyyat s. bu kimi formal kağız-filan tələb edilmədən Xırdalanda  yeni tikilmiş binalarda mənzillər verildi.

Sevincimiz yerə-göyə sığmırdı.  Bəs necə, bizim   evimiz var,  indi toy çaldırıb evlənə bilərik...

isə...Tanrı yaxşıları qorusun, yamanlıq şeytan işidir.

Sonrakı illərdə Xırdalandan pərvazlanıb Bakıya köçəsi olduq, yeni yerləri, yeni mənzillər s.

Hələ o illərdə sənin bədii yaradıcılıqla məşğul olduğunu bilirdim. Bu fitri istedad sənin  fədakarlıqla çalışdığın o zaman  çox məşhur olan, əl-əl gəzən "Kirpi" jurnalının səhifələrində özünü  göstərdi "Məmməd Əfsan" imzası yayıldı, möhkəmləndi...

Sən yazıb-yaratmaqdan  yorulan kişilərdən deyilsən, çoxlarına bivəfa çıxan ( ya qələmdaşın vəfasız çıxdığı) qələm  həmişə səninlədir   şübhəsiz ki, yazdığın şeirlər, hekayələr, oçerk felyetonlar (son zamanlar felyeton janrı tamam unudulub...),  nəhayət nəşr etdirdiyin 20 kitab sübut etdi ki, sən vəfalı kişisən, dosta da, tanışa da, qələm-dəftərə vəfalısan...

"Mən görən kişilər", "Bir ömrün dastanı", "Özüm sözüm" digər kitablarını oxumuşam. Açığını deyim ki, bioqrafik romanlar necə deyərlər, səndə alınır, oxunaqlı, aydın dillə yazırsan, yazdıqlarına inanırıq, bəzək-düzəkdən uzaqsan.

Mən bu yazımda sənin məşhur iqtisadiyyat alimi, bacarıqlı  təşkilatçı  kamil bir şəxsiyyət  kimi ölkəmizdə hörmət, ad-san qazanmış Əhməd Mahmudovun şərəfli ömür yolunu işıqlandıran "Zirvə" kitabın ("Sivil-A" nəşriyyatı, 2013- il) haqqında bir az geniş danışmaq niyyətindəyəm.

Qədim ulu diyarımız Naxçıvanın səfalı, axar-baxarlı Şahtaxtı kəndində Kəblə Əkbərin ailəsində dünyaya göz açan Əhməd Mahmudov allı-güllü bir yaz günündə - "Ayların gözəli" may ayının 25-, 1923- ildə dünyaya gəlişiylə ata  ocağını daha da işıqlandırıb. Anası Fatma xanımın  şirin-şəkər laylası, atası  Kəblə Əkbərin mülayim  mehriban səsi  balaca Əhmədin bütün varlığına hakim kəsilib.

Əhmədin  uşaqlıq, gənclik vaxtını, məktəb illərini elə şirin  dillə təsvir edirsən ki, istər-istəməz bizləri  kövrəldirsən, duyğulandırırsan, ruhumuzu yerindən oynadıb xəyallara qərq edirsən:

"...…ay-aya bağlanıb, il-ilə calandı. Əhməd həyət-bacaya çıxıb, həmyaşıd uşaqlara qoşulub, sərçə  balaları kim civildəşə-civildəşə gah kəndin ayağındakı nohurluğa enər, gah da kəndin yuxarı başındakı soyuq kəhrizin  tər-təmiz suyuna üz qoyub, doyunca içərdin..." yazırsan.

Yeri gəlmişkən, sən kənd həyatını əla bilirsən, desəm,  məncə, düz olar, qardaşım Məmməd!

Aşağıdakı cümlələrdə çoxlarının (mən   daxil olmaqla) bilmədiyi xalq dilindən gələn qədər cazibəli, az işlənən ifadələr var: "Kənd  həyatının yay dövrü çox haylı-küylü, qalmaqallı keçir.

Kişilərin bir hissəsi səhər tezdən taxıl biçininə gedir.  Bütün günü zəmilərdə əyilə-qalxa taxıl biçir, bafa  qurur, bəndəm eşir, dərz bağlayır həmin dərzləri  pencəyə  vurub arabalarla xırmana daşıyırdılar".

Açığını deyim ki, "bafa", "bəndəm", "pencəyə vurmaq" ifadələri  elə mənim üçün tam aydın olmadığından sənə zəng edib, aydınlaşdırdım.

Sən balaca Əhmədin birinci sinfə  getdiyi gündən ta orta məktəbi qurtaranadək  unudulmaz şagirdlik illərini, maraqlı əhvalatlarla  zəngin olmuş o əlçatmaz, ünyetməz çağları nağılvari bir dillə canlandırmağı bacara bilmisən - sanki sən özün Əhmədə qoşulub o illərin şagirdinə çevrilmisən...

Orta məktəbi başa vurub, Bakıda, Tibb İnstitutunda həkimlik sənəti öyrənmək eşqiylə yaşayan Əhməd hardan biləydi ki, onu qarşıda nələr gözləyir.

Elə o vaxtlarda Hitler müharibəsi başlandı, çox şey yarımçıq qaldı,  dünya dəyişdi, milyonlarla insanın arzusu yarı-yarımçıq qaldı...

Gənc Əhməd Mahmudov  artıq əsgər idi, döyüşən Sovet ordusunun sıravi əsgəri...

Əzizim Məmməd, sən kitabda Böyük Vətən Müharibəsi ilə bağlı xeyli sayda tarixi sənədlərə, faktlara əsaslanaraq özünəməxsus təhlillər aparmısan, maraqlı məlumatlar vermisən,  məşhur hərbi kəşfiyyatçı Rixard Zorgedən tutmuş, Uzaq Şərq  cəbhəsinədək baş vermiş  əhvalatları ustalıqla şərh etmisən bu ağır müharibə yollarında Əhməd Mahmudovun həyat  lövhələrini, real fakt dəlillərlə oxuculara təqdim etmək bacarığını göstərmisən.

Tarixi qələbəmizdən sonra (bu böyük qələbədə  1943- ilin  18 oktyabrında Oryol şəhəri ətrafında döyüşlərdə 34 yaşında həlak olmuş mənim atam -baş leytenant, Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə  namizəd Yaqub Məmmədovun da payı var desəm, məncə yerinə düşər, düz olar!) Əhməd Mahmudovun "Qızıl  attestat"la  o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna daxil olması, acılı-şirinli tələbəlik  illərinin  təsvirini həyəcansız oxumaq qeyri-mümkündür.

İnstitut illərində Əhməd Mahmudov  özünün zəhmət istedadı ilə, təşkilatçılıq qabiliyyəti ilə  hamıdan seçilirdi. Üçüncü kursda oxuyanda institut həmkarlar təşkilatının sədri seçilmişdi.

Müharibədən sonra Əhməd Mahmudov Moskvaya  - aspiranturaya oxumağa yollanır sən elə bil ki, o illərin sevdalı qatarları ilə gənc Əhmədlə bərabər yol gedirsən...

 

Sən Əhməd müəllimin Moskva  həyatını - aspirantura illərini bacarıqla təsvir etməyə çalışırsan əsasən ən maraqlı, ən yaddaqalan əhvalatlarla bizləri tanış  etməyə  gücün  çatır.

Əhməd müəllimin Moskva günlərinin ən qiymətli tapıntısı - tale qisməti haqqında da bizlərə maraqlı  xəbər verirsən:

"Əhməd Mahmudovun Moskvada qazandığı sədaqətli ləyaqətli dostları çox  idi. Onların arasında dünyaşöhrətli insanlar da vardı, sadə adamlar da. Bu sadiq dostların biri , sonralar ömür yoldaşı olmuş Zinada Mahmudova idi...

Bu dostluq sonralar büllur kimi saf məhəbbətə çevrilib hər ikisi dünyadan köçənədək bu ülvi məhəbbəti gözlərində, könüllərində yaşadıblar!"

Əhməd Mahmudovun əsl elmi-yaradıcı həyatı onun Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna rəhbərlk etdiyi illərə sıx bağlıdır.

Bu illər həm ona görə maraqlı tarixi illər idi ki, ulu rəhbərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik edirdi böyük iqtisadi-mədəni-sosial quruculuq işlərinə start verilmişdi, respublikamızda yeni ab-hava yaratmışdı, əsl yüksəliş, tərəqqi işlərinə qədəm qoyulmuşdu.

Sənaye, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə, mədəni quruculuq digər sahələr sürətlə inkişaf etməkdə,  Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl regionlarından birinə çevrilmək yollarında uğurlu addımlar atmaqda idi.   

Məmməd müəllim, unudulmaz Heydər Əliyevin başçılğı altında Azərbaycanda həyata keçirilmiş böyükmiqyaslı tədbirlərin geniş coğrafiyasını açığı deyim ki, çox dəqiq faktlarla, dəlillərlə göstərə bilibsən.

Əlbəttə, bu işdə sənin mövqeyin mühüm rol oynamışdır desəm, yerinə düşər. Çünki sən özün aydın, açıq adamsan, dumanlı, şübhəli, qeyri-müəyyən niyyətlərdən, məqamlardan çox-çox uzaqsan..

Sən akademik Əhməd Mahmudov kimi  ən çətin mürəkkəb dövrlərdə ulu öndərimizin siyasi xəttini müdafiə edən dəmir iradəli insanlarla bir sırada olmusan, bu faktdır, mən bu keyfiyyətlərin, əqidənin şahidiyəm.

Sonrakı illərdə, daha doğrusu milli düşmənimiz Qorbaçovun "yenidənqurma" hoqqası dövründə, Qarabağ hadisələrinin başlandığı, xalq hərəkatının sürətlə yayıldığı - xalq cəbhəsi  adlanan yeni bir dalğanın  ölkəni bürüdüyü zamanlarda da akademik Əhməd Mahmudov müvazinətini bir an belə itirməmiş, xalqın iradəsi naminə hər cür maneləri cəsarətlə dəf etməyi bacarmışdır.

Əhməd müəllimin Qorbaçova  sərrast cavabı, iqtisadçı şovinist  Aqambekyanla  şəxsi söhbəti oxucunu  dərindən düşündürür.

Millətçi Aqambekyanın "güclə görünən gözlərinə" nifrətlə baxan Əhməd müəllim onu tarixi dəlillərlə az qala sillələyir: "Siz yaxşı iqtisadçı olsanız da, tarixi bilmirsiniz. Məhz buna görə həqiqəti təhrif edirsiniz. Belə olmasaydı,  indi Ermənistan  adlandırılan Qərbi Azərbaycanın da, Dağlıq Qarabağın da əbədi əzəli  Azərbaycan torpağı olduğunu bilərdiniz..."

Əlbəttə, sən akademik Əhməd Mahmudovun kölgəsini  qılınclayan, nadürüst, şərəfsiz adamları da unutmamısan, belələrinin mənfi obrazları bu qiymətli kitabda qara tüstüyə dönüb uçub dağılır.

Çox yaxşı görübsən ki, antipod elementlərin, qəlbiqara, bədniyyət adamların aqibətini bizlərə çatdıra bilmisən. Antipod  alaqotu kimidir,  ha qızırsan, yenidən cücərir. Belələrini görünməz kökündən qaşıyıb zibilxanalara tullamaq  gərəkdir.

Akademik Əhməd Mahmudovun həyat səhifəsinin bütün  incəliklərini, onun  dəruni dünyasının geniş  mənzərəsini  məharətlə, ustalıqla təsvir edə bilmisən, Məmməd müəllim:

- "Axı insanlar vəzifə, kreslo, hakimiyyət üçün  niyə bir-birlərinin qəsdinə dururlar, görəsən?"

- "Həyata, idarəçiliyə, insanlara rəhbərlik etməyi bu sayaq yad ünsürlərə vermək cinayətdir".

- "Hamı dönüb olub yalançı, yaltaq, məddah, ikiüzlü, şərəfsiz   vecsiz bir şey..."

- "Məhz yaxşı adamları pis adamlardan fərqləndirə bilmədiyimizə görə, nəyin hesabınasa bir gədanı (mən belə gədaları çox görmüşəm.

Belə bir gədanı  5-6 il qabaq mənim sektor müdiri işlədiyim Fonda  rəhbər təyin etdilər o kəs məni  otağına dəvət edib buyurdu ki,  ta səninlə işləmək istəmirəm.

Mən etiraz etmədim. Həmin müdirdən xahiş etdim ki,  oturduğum kabinetdəki kağız-kuğuzlarımı yığışdırıb bir gün sonra  - yəni sabah çıxım gedim, bu gün  bir tədbirdə iştirak  etməliyəm. O, isə köməkçisinə deyib ki, yox,  olmaz. Ramiz elə bu gün  otağı boşaltmalıdır

...Keçən ilin yazında həmin o antipodu vəzifədən qovdular...

Dünya yaxşı adamların çiyinləri üstə qərar tutub -deyənlərə salam olsun!-R.M.)

Kitabda Əhməd müəllimin həqiqi dost, ideal ailə başçısı, işgüzar təşkilatçı, mükəmməl elmi biliklərə, aydın zəkaya, saf, təmiz əqidəyə, inama, birmənalı  mövqeyə malik müdrik bir şəxsiyyət kimi yadda qalmasına  dair geniş məlumatlar verilir, təhlillər aparılır.

Bir sözlə, Məmməd müəllim sən uşaqlığı ilk gəncliyi  qədim Naxçıvanın uzaq Şaxtaxtı kəndindən başlamış bu qüdrətli iqtisadçı  alim, bu bütöv kişi  haqqında  süni boyalardan uzaq, çəmən çiçəkləri təki təbii,  çox sanballı bir kitab bağlaya bilibsən,  cəmi 66 il ömür görmüş bu nəcib insanın nurlu siması bu kitabın hər səhifəsindən boylanmaqdadır.

Əhsən deyirəm sənə,  zəhmət çəkib faydalı, yaddaqalan bir görübsən dostum, qardaşım Məmməd.

Mən "Zirvə" kitabı barədə  fikirlərimi sənə çatdırmaq yazıya  nöqtə qoymaq istərkən belə bir  qənaətə gəldim ki, akademik Əhməd Mahmudovun  oğlu - Milli təhlükəsizlik nazirimiz general leytenant Eldar Mahmudovla bağlı bir neçə söz deməyim yerinə düşər. Hardasa on neçə il əvvəl Nazirlər  Kabineti Aparatında bir yerdə çalışdığım, Əhməd Mahmudovla əmiuşağı  olan, ailəvi dostum Əsgər Mahmudov onun həyat yoldaşı  Texniki Universitetin müəllimi  Solmaz xanım qısa bir vaxt arasında vəfat etdilər. (Allah  o mehriban insanlara rəhmət eləsin!).

O dövrdə elə bir  vəzifə sahibi olmayan Eldar Mahmudov  hər iki mərhumun  dəfn mərasimini qaydasınca təşkil etdi, zəruri qəbirüstü əməliyyatların icrasını həyata keçirdi. Var olsun!

İndi məşhur akademik Əhməd Mahmudovun odusönməz ocağını onun nəslinə, adına, şöhrətinə, milli qüruruna layiq, dövlətçiliyimizin  daha da  qüdrətlənməsi yollarında bacarıqla çalışan sədaqətli bir Vətən övladı - hörmətli Eldar Mahmudov işıqlandırır.

3 mart 2014

Şüvəlan

 





18.03.2014    çap et  çap et