525.Az

"Tvitter"in sahibi onu izləyir


 

"Tvitter"in sahibi onu izləyir<b style="color:red"></b>

“Tvitter”in qurucusu və CEO-su Jack Dorsey, sosial şəbəkədə türkiyəli aktrisa Fadik Sevin Atasoyun təqibçisinə çevrilib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dorsey “tvitter”də izlədiyi şəxslər arasına Atasoyun da adını əlavə edib.

Aktrisa prezident Abdullah Gülün də səhifəsini izləyən Dorseyin marağını çəkdiyi üçün sevincli olduğunu bildirib:

“Çox təəccübləndim. Jack Dorsey kimi dahi birinin marağını çəkmək və izlədiyi şəxslər arasında prezident Abdullah Güllə birlikdə adımın yer alması məni sevindirdi".                                                 

 





18.10.2012    çap et  çap et