525.Az

Romney "qadın" və "dosya" sözlərini yanaşı işlətməyəcək


 

Romney "qadın" və "dosya" sözlərini yanaşı işlətməyəcək<b style="color:red"></b>

ABŞ-ın Respublikaçılar partiyasının prezidentliyə namizədi Mitt Romneyin səhvən işlətdiyi “Mənə qadınlarla dolu dosyalar verin“ ifadəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Romneyin səhvən işlətdiyi ifadə sosial şəbəkələrdə bir mənalı qəbul olunmayıb. Debatda çıxış edən Romney qadınların iş və ailə həyatı haqda danışanada Massaçusets Valisində olarkən onlara xidmət etmək üçün xidmətçiyə ehtiyac duyduqlarını deyib.

Buna görə "Mənə bu işi edə biləcək qadınların siyahısını verin” əvəzinə “Mənə qadınlarla dolu dosyalar verin” deməsi debat bitməmiş sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.

“Facebook”da 300 min dəfə oxunan bu məlumat, Tvitterdə 10 min dəfə oxunub. Romneyin bu ifadəsi “Google”da da ən çox axtarışa verilən sözlərdən olub. İşlətdiyi ifadəyə görə peşman olan Romney "Qadın və dosya sözünü heç vaxt bir cümlədə işlətməyəcəyəm” deyərək fikrini tamamlayıb.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et