525.Az

Almaniyada hicab qalmaqalı


 

Almaniyada hicab qalmaqalı<b style="color:red"></b>

Almaniya məhkəməsində hicab məsələsi müzakirə olunub.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Almaniyada ilk dəfə olaraq məhkəmə hicabın qadağan edilməsinin qanuna zidd olduğunu söyləyib.

Müsəlman qadın ötən il Berlindəki diş klinikalarının birində həkimin yanında köməkçi olaraq çalışmaq istəyərkən müahisələr yaranıb. O, hicablı olduğu üçün işə götürülməyib. Qadını hicabdan imtina etməyə çağıran klinika rəhbərliyi məhkəməyə verilib. Qadın əvvəl türk cəmiyyətlərindən birinə müraciət edib.

Daha sonra şikayətçinin məhkəmə günü təyin edilib. Berlin məhkəməsi qadının şikayətinə baxaraq bu haqda açıqlama verib. Qadının hicablı olmasına görə işə qəbul edilməməsini pisləyən məhkəmə bunun ölkə qanunlarına zidd olmasını söyləyib.

Nigar Məhərrəm

 





18.10.2012    çap et  çap et