525.Az

"Erotikanın simvolu" öldü (FOTOLAR)


 

"Erotikanın simvolu" öldü<b style="color:red"> (FOTOLAR)</b>

Erotik filmləri ilə yadda qalan aktrisa Silvia Kristel 60 yaşında dünyasını dəyişib.

525.az-ın məlumatına görə, 1974-cü ildə fransızların çəkdiyi “Emmanuela” filmiylə məşhurlaşan və 50-dən çox filmdə rol alan Kristel yatdığı yerdə ölüb. Meneceri xərçəngdən əziyyət çəkən aktrisanın ölümünü təsdiqləyib. O, avqust ayında beyin qanaması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

500 min dollara çəkilərək 120 milyon dollar gəlir gətirən “Emmanuela” filmindən sonra aktrisa  "erotikanın simvolu" sayılırdı.

Kristel 2002-ci ildə türk rejissor Sinan Çetinin ‘Banka’ adlı filmində də rol almışdı.

 





18.10.2012    çap et  çap et