525.Az

Serialların çəkilişi üçün əlavə vəsait ayrılacaq


 

Serialların çəkilişi üçün əlavə vəsait ayrılacaq<b style="color:red"></b>

Azərbaycanda serialların çəkilişi ilə bağlı əlavə vəsaitin ayrılması üzərində iş gedir.

Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

"Əgər vəsait ayrılarsa, bu zaman "prodakşn" şirkətlərinə də birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır", - o deyib.

Məhərrəmli bildirib ki, bir il əvvəllə müqayisədə irəliyə doğru müəyyən dəyişikliklər var. "Lakin bu serialların keyfiyyətindən tamamilə razı qalmaq mümkün deyil. Hələ də müəyyən çatışmazlıq və nöqsanlar var. Bayağılıq, şitlik, aktyorların hərəkətlərində sünilik qeydə alınır", - o qeyd edib.

Şura sədri bildirib ki, bu nöqsanlar tədricən aradan qaldırılır. 4 ay əvvəl baxdığımız seriallarla indi baxdığımız seriallar arasında həm aktyorların seçimi, həm də keyfiyyət baxımından böyük fərq var.

Onun sözlərinə görə, ölkədə televiziya kanallarının deyil, "prodakşn"ların serial çəkməsində maraqlı olmaq lazımdır.
"Çünki telekanallara bu dəstək hər zaman olmayacaq. Ona görə də kino sahəsində çalışan şirkətlər güclənməli, özləri filmlər çəkməli və efirdə yaranan boşluğu doldurmalıdırlar", - Məhərrəmli deyib.

 





18.10.2012    çap et  çap et