525.Az

Aytən Səfərova: "İki ailəm var desəm"...


 

Aytən Səfərova: "İki ailəm var desəm"...<b style="color:red"></b>

Budəfəki müsahibimiz ANS TV-nin simalarından olan "Salam, Azərbaycan"  proqramının aparıcısı, son vaxtlar yaddaqalan bəyanatlar verən, dilinin bəlasına düşüb ustalıqla çıxmağı bacaran, ANS -in  xarizmatik   emosional əməkdaşı Aytən Səfərovadır.  Onunla məhz ANS-çilik, jurnalist olmağın üstünlükləri çətinlikləri barədə qısaca sorğu-sual etdik.

-Aytən xanım, neçə ildir ANSdəsiniz?

-Bu il 18 olacaq.

- Bu  illər ərzində Sizinlə birlikdə neçə jurnalist həmkarınız çalışıb. Onların bir çoxu indi müxtəlif vəzifələrdədir. Kimsə millət vəkilidir, kimsə məmur, kimsə daha böyük ya daha kiçik vəzifəyə gedib...

- Sözsüz ki, keçmiş həmkarlarımın uğurlarına sevinirəm, amma mənim üçün jurnalist olmaq, xüsusilə ANS-, hər vəzifədən ən azı bir baş üstündür. Bir ki, həmin məmur ya millət vəkillərindən fərqli olaraq mən daim xalq içindəyəm. Yəni söz verib aradan çıxmıram, xalqın da güzəranından xəbərdaram.

-Doğrudan, bəs, Siz niyə indiyədək ANS-i tərk etməmisiniz? Maraqlı ya sərfəli təklif gəlməyib, yoxsa...

-Yoxsa! Vəssalam.

-Yaxşı... Amma razılaşın ki, indi jurnalist olmaq daha çətindir. Əvvəllər sanki bütün qapılar açıq idi, indi isə jurnalistlərə elə bil yuxarıdan aşağı baxırlar...

-Razıyam.

-Sizcə, nədəndir ya kimdəndir?

-Hamısı zəmanədəndir. Əslində isə burada həm jurnalistin, həm qapını onun üzünə bağlayanın da "əvəzsiz xidmət"i var. İndi yoldankeçən gəlib deyir ki, "jurnalist"əm. Bizim vaxtda aparıcı olmaq üçün qədər çətinliklərdən keçmək lazım idi. İndi hamı efirdədir. Bir dəfə müsahibəyə getmişdim. Dövlət tədbiri idi orada başqa jurnalistlər var idi. Adətən, əksəriyyət gözləyir ki, birinci ANS-in müxbiri sual versin, başqaları da sadəcə, mikrofon tutsun. Mən qəsdən mikrofonu nazirə tərəf uzatdım pauza saxladım. Sakitlik.

bir həmkar TV-dən xanım həmkarım başladı sual verməyə. Onun sualını eşidəndə məmurun buna reaksiyasını görəndə, anladım ki, hər kəs jurnalist ola bilməz. Boyat kif atmış mövzuya dair sualı verən, Qriqi bəstəkar yox, ördək növü kimi təqdim edən, yaxud hansısa məqsəd naminə onu-bunu "söyən" "jurnalist"ə kimin hörməti ola bilər ki?

Qurular indi çoxdur jurnalistikada. Yaşlar da onların badına gedir...

Bu, məsələnin bir tərəfi. Medalın o biri tərəfinə baxanda,  anlayırsan ki, Azərbaycanda məmur cəzasızlığı var. Məmura müraciət edəndə əksər hallarda "get kimə hara istəyirsən şikayət elə" cavabını eşidirsən.

Hansısa nazirliyin nümayəndəsini axtarırsan.. Naziri tapmaq mətbuat katibini tapmaqdan da asandır, sadəcə, nazir səni tapa bilmədiyin həmin mətbuat katibinə istiqamətləndirir ki, nəticədə olur süründürməçilik. Əvvəllər belə deyildi...

-İndi siz "Salam, Azərbaycan" layihəsinin rəhbəri aparıcısınız. Səhər tezdən oyanmaq çətin deyil?

-Çətin olmağına haradasa çətindir, lakin mən artıq öyrəşmişəm. Mən uzun müddət ANS ÇM radiosunda da məhz səhər proqramının aparıcısı idim, ona görə , günorta işə gələnlər mənə qəribə görünürlər.

Doğrudan da, tez duran uduzmur.

- Bəs, tez evlənən?

- Evlənməyə gəldikdə, bir müdrik demişdi ki, hər iki halda təəssüflənəcəksiniz vaxtsa - evləndiyinizə subay qaldığınıza.

Ona görə, tez evlənəni deyəmmərəm.

-Ev . Hansına daha çox vaxt ayıra bilirsiniz?

-Hər ikisi balanslaşdırılıb. ANS- dəqiq qrafiki var. İşdən vaxtında gedəndə heç kim səni saxlaya ya qaytara bilməz geri. Hansısa fövqəladə hal istisna olmaqla. Mən sosial şəbəkələrdə aktiv yuzerəm.

Mənim folloverlərim şəkillərdən gözəl bilirlər ki, ailəmə vaxt ayırmağı bacarıram. Amma  ANS- bir növ ailəmdir. İki ailəm var desəm, bəlkə yanılmaram.

- İndi aparıcıların əksəriyyəti 90-60-90 standartına salınıb. TV məkanında yeganə aparıcılardansınız ki, bu ölçülərə uyğun gəlmirsiz..

-Bunun nəyi pisdir ki? Başqaları bir-birindən fərqlənmir, mənsə fərqlənirəm. Standartdankənar olmağı uşaqlıqdan sevmişəm. Hamı 90-60-90-dırsa, mən onlardan böyüyəm. 900-600-900 olmağın da öz gözəlliyi var. Amma ən əsas fərqim - başdır.

-Necə yəni?

- Bir az yekəbaşlıq kimi çıxmasın, amma başlarımız da fərqlidir. Yəni mən nəsə deyəndə eşidirəm: "bu qızın başı var da"...

- Amma elə vaxt olur ki, bəyanat verirsiniz, amma sonra çıxıb üzr istəməli olursunuz. Niyə belə olur Sizdə, Aytən xanım?

-Bəzən bu bəyanatları verəndə mən jurnalist kimi yox, qadın kimi düşünürəm. Bilirsiniz qadın kişilərin fərqi nədədir? Kişilər düşünür, sonra bəyanat verirlər. Qadınlarda isə əksinədir. Əvvəl bəyanat verirlər, sonra düşünürlər. Məndə çox vaxt verdiyim bəyanatlar buna əsaslanır. Sonra fikirləşirəm üzr istəyirəm.

Halbuki, kiminsə, xüsusilə , sadə, sizin, mənim kimi insanların xətrinə dəymək istəmirəm. Əsla. Həm səhvlərimdə öyrənirəm. İnsan ömrünün sonunadək öyrənir.

- Dediniz ki, "qadın kimi"... Sizcə, kimə daha asandır - qadın, yoxsa kişi jurnalistə?

- Düzgün sual deyil, məncə.

- Niyə?!

-...çünki jurnalistin erkəyi-dişisi olmur!

 





04.04.2014    çap et  çap et