525.Az

Mədəniyyət mərkəzlərinə giriş pulsuz olacaq


 

Mədəniyyət mərkəzlərinə giriş pulsuz olacaq <b style="color:red"></b> Aprelin 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət mərkəzlərində, muzeylərdə və qoruqlarda “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Açıq qapı” günü elan edilib.

Lent.az-ın məlumatına görə,  həmin gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gənc turist” klublarının üzvləri üçün Sankt-Peterburqdakı dünya şöhrətli “Ermitaj” muzeyinə virtual ekskursiya təşkil ediləcək.
 





07.04.2014    çap et  çap et