525.Az

Suriyada 28 min nəfər itkin düşüb


 

Suriyada 28 min nəfər itkin düşüb<b style="color:red"></b>

İnsan Haqları Təşkilatının apardığı araşdırmalara görə, 18 ay ərzində Suriyada itənlərin sayı 28 mini ötüb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İnsan Haqları Təşkilatları itkin düşənlərin siyahısını açıqlayıb. “Avaaz” adlanan insan hüquqları təşkilatlarından biri yoxa çıxan şəxslərin ailə üzvləri ilə danışıqlar apararaq onlardan əldə etdiyi məlumatları BMT-yə göndərəcəyi haqda açıqlama verib:

“Bu ölkədə heç kəsin həyatı təhlükəsizliyi təmin olunmayıb. Bəzən evdən işə, mağazaya gedən şəxslər yoxa çıxır. Onlar haqda heç bir məlumat yoxdur”. 

“Avaaz”ın məsul nümayəndəsi Alis Cay hökumət tərəfindən atılan bu addımın xalqı qorxutmaq məqsədi daşıdığını qeyd edərək cinayətkarların ayrılıqda cəzalandırılmasının vacibliyindən danışıb. “Savasya” adlı digər insan haqları təşkilatı bu rəqəmin daha çox olduğunu söyləyib. Bütün insan haqları təşkilatları itkin düşən insanlara görə Əsədin məsuliyyət daşıdığını söyləyir.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et