525.Az

TRT-nin Bakı təmsilçiliyi iki yeni layihə təqdim edib


 

TRT-nin Bakı təmsilçiliyi iki yeni layihə təqdim edib<b style="color:red"></b>

TRT-nin Bakı təmsilçiliyinin iki yeni layihəsinin təqdimat mərasimi keçirilib. "Röya kimi" "Qürbətdəki elçilər" adlı yeni layihələrin təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, ölkənin ictimai-siyasi xadimləri, incəsənət adamları iştirak ediblər. "Röya kimi" layihəsindən danışan TRT-nin Bakı Təmsilçiliyinin rəhbəri Əmrah Timuçin Yazıçı bildirib ki, aylardır hazırlanan layihə qısa zaman ərzində ailələrin marağına səbəb olub.

 "Bu proqramda məqsədimiz bir azərbaycanlının evinə gedib, otaqlardan birinin dizaynını dəyişdirməkdir. Dolayısı ilə Azərbaycan Türkiyə bağlılığına bir körpü olmaq istədik. Heç bir maddi təminat ummadan sadəcə 3 gün içərisində azərbaycanlı qardaşımızın, bacımızın evini dəyişdirəcəyik".

 40 dəqiqə davam edəcək "Röya kimi" proqramında Azərbaycan ailələrindən birinin mənzilinin bir otağı fərqli dizaynda dəyişdiriləcək. Təmir ev sahibinin fiziki köməyi ilə 3 gün ərzində təhvil veriləcək. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun yeni layihələrlə bağlı təşkilatçıları təbrik edib. Tədbirdə TRT-nin fəaliyyəti  ilə bağlı film nümayiş olunub.

 

 





09.04.2014    çap et  çap et