525.Az

Xanım İsmayılqızının ad günüdür


 

Xanım İsmayılqızının ad günüdür <b style="color:red"></b>

Bu gün şairə, bəstəkar Xanım İsmayılqızının ad günüdür.

Bununla bağlı təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən şairə ilk təbriki ailəsindən aldığını bildirib:

“Gecədən bu yana dayanmadan təbriklər alıram. Ən birinci ailə üzvlərim təbrik etdi. Sonra gecə saat birə işləyəndə “Xan” qrupumun üzvlərindən mesaj gəldi. Səhər yuxudan oyanandan telefonum susmur. Hamı təbrik edir. Amma hələlik hədiyyə verən olmayıb. Mənim üçün hədiyyənin önəmi yoxdur. Əsas diqqətdir”.

Yeniliklərindən danışan X.İsmayılqızı yaxın günlərdə təzə şeirlər kitabının işıq üzü görəcəyini bildirib:

“Dua yağışı” adlı yeni şeirlər kitabım bu ayın sonunda işıq üzü görəcək. Bununla yanaşı təzə mahnılarım da var. Onları xalq artisti İlhamə Quliyeva, Faiq Ağayev, müğənni Könül Kərimova və başqaları səsləndirəcək”.

Axşam.az kollektivi Xanım İsmayılqızını ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

 





10.04.2014    çap et  çap et