525.Az

Gülər Məmmədovaya donor tapıldı


 

Gülər Məmmədovaya donor tapıldı<b style="color:red"></b> ANS televiziyasının xəbərlər departamentinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı Gülər Məmmədovanın ağır leykoz xəstəliyindən əziyyət çəkdiyini xəbər vermişdik.

525.az-ın məlumatına görə, Murad Hüseynov bu gün "facebook" statusunda 90 faiz ehtimalla  donorun tapıldığını xəbər verib. Jurnalist donoru tapmaqda ona kömək etmiş insanlara və digər bütün dostlarına təşəkkürünü bildirib. 

Xatırladaq ki, Gülər Məmmədova İstanbulda "American Hospital" klinikasında müalicəsini davam etdirir. Onun müalicəsinə 120 min ABŞ dolları məbləğində vəsait tələb olunur. 
 





19.10.2012    çap et  çap et