525.Az

Lütfəli Abdullayevin 100 illiyi qeyd olunub


 

Lütfəli Abdullayevin 100 illiyi qeyd olunub<b style="color:red"></b>

Dövlət Musiqili Teatrında Xalq artisti, Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Yubiley gecəsini tanınmış rejissor, əməkdar incəsənət xadimi Cahangir Novruzov idarə edib.

Gecədə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Lütfəli Abdullayev mədəniyyətimizin, teatr sənətimizin ən parlaq ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biridir: "Lütfəli Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Yaşadığı 59 il ərzində Azərbaycanın teatr kino sənətinin ən möhtəşəm obrazlarını yaratmağa nail olub. 1938-ci ildən ömrünü bağladığı Azərbaycan Dövlət Musiqili Teatrı sanki onu ömrünün sonunadək buradan başqa yerə getməyə imkan verməyib. Qısa fasilələrlə bir sıra teatrlarda çalışdığı ayları çıxmaqla Lütfəli Abdullayevin bütün mənalı ömrü bu teatrda keçib. Qüdrətli yumor ustası bu teatrda onun sənət yolunda bəxtinə çıxan, onunla yol yoldaşı olan korifey bəstəkarlar, rejissorlar, ifaçılar, artistlər, musiqiçilərlə çalışıb, yaddaqalan obrazlar yaradıb. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi Azərbaycan tamaşaçılarına sevinc gətirən sənətkarlarla bir səhnəni bölüşüb. Bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirib. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət yaradıcılıq qaynağı olub. Bu sənətkarlar xalqla xalq dilində danışmış, onları güldürmüş, səhnədə göstərilənlərdən nəticələr çıxartmağa şərait yaradıb. Azərbaycan səhnəsinin nadir istedadlarından olan Lütfəli Abdullayev qısa zaman kəsiyində fəxri adlara layiq görülüb. Prezident İlham Əliyevin Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən, paytaxtda ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgilər, xatirə gecələri, filmlərin nümayişi tədbirlər təşkil ediləcək. Mədəniyyət Turizm Nazirliyinin hazırladığı tədbirlər planı sırasında sentyabrın 19-da Şəkidə Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş birinci böyük gülüş bayramı tədbir keçiriləcək".

Gecədə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Cahangir Novruzov sənətkarla bağlı xatirələrini bölüşüb,  onun səhnədə televiziyada görünən tərəfləri ilə yanaşı, həyatdakı yerindən, insani keyfiyyətlərindən danışıblar. Onlar Lütfəli Abdullayevi, eyni zamanda, gözəl insan, yaxşı ailə başçısı, humanist bir vətəndaş kimi xarakterizə ediblər. Çıxış edənlər aktyorun tamaşaçıların qəlbində əbədi yer tutduğunu vurğulayaraq bildiriblər ki, qədər Lütfəli Abdullayevin yaratdığı obrazlar yaşayır, bir o qədər sənətkar yaşayacaqdır.

Gecədə görkəmli sənətkarın oynadığı film tamaşalardan fraqmentlər göstərilib. Həmçinin Azərbaycan Dövlət Musiqili Teatrının, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının,  Dövlət Gənc Tamaşaçılar Teatrının, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının digər teatrların kollektivləri xüsusi olaraq yubiley gecəsi üçün hazırladıqları səhnəciklərlə çıxış ediblər. Teatrın foyesində Lütfəli Abdullayevin fotoşəkillərindən ibarət sərgi nümayiş olunub.

S.ABDULLAYEVA

 





12.04.2014    çap et  çap et