525.Az

Xalq yazıçısı İsmayıl Şxlının 95 illik yubileyi keçiriləcək


 

Xalq yazıçısı İsmayıl Şxlının 95 illik yubileyi keçiriləcək<b style="color:red"></b> Aprelin 18-də Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.
 
AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə elm, ədəbiyyat, incəsənət xadimləri, yazıçının ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edəcək. Tədbirdə İ. Şıxlı haqqında həmkarlarının və dostlarının xatirələri dinləniləcək, onun Azərbaycan ədəbiyyatındakı rolundan söz açılacaq.
 
Qeyd edək ki, İ. Şıxlı 1919-cu il martın 22-də Qazaxda anadan olub. “Azərbaycan” jurnalının baş redaktoru, Yazıçılar Birliyinin katibi, birliyin Ağsaqqallar Şurasının sədri olub. Yazıçı “Dəli kür”, “Cəbhə yollarında”, “Ayrılan yollar”, “XX əsr xarici ədəbiyyat tarixi” və s. kitabların müəllifidir.  İ. Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
 





16.04.2014    çap et  çap et