525.Az

Bakıda partlayan məktəblə bağlı rəsmi açıqlama


 

Bakıda partlayan məktəblə bağlı rəsmi <b style="color:red">açıqlama</b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Nizami rayonu ərazisində yerləşən 109 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı məlumat açıqlayıb.

İdarənin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı 525.az-a açıqlamasında deyib ki, sözügedən orta məktəbdə hər hansı partlayış baş verməyib. Onun sözlərinə görə, 109 saylı məktəbdə heç bir partlayış olmayıb, tələfat yoxdur:

“Deyilənə görə, 11-ci sinif şagirdlərindən biri sinif otağına hansısa maddə gətirib. Onun da hələlik nə olduğu dəqiqləşməyib. Hazırda polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da ordadır. Şagirdlərdən yalnız iki qız özünü pis hiss edib. Onlar da həkim nəzarətindədir. Məktəbdə təhsil alan şagirdlərin valideynləri təlaş içindədir. Ancaq bildirirəm ki, narahatlığa əsas yoxdur. Bu, xırda təxribat olub. Hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır. Məktəbdə dərslər davam etdirilir”.

S.QARAYEVA

 

 

 





19.10.2012    çap et  çap et