525.Az

Putin hicaba qarşı çıxdı


 

Putin hicaba qarşı çıxdı<b style="color:red"></b>

Bu dəfə Rusiya prezidenti Vladimir Putin hicab haqda açıqlama verib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Putin müsəlman şagirdlərin məktəbə hicabla gəlməsinin əleyhinə çıxış edib.

Putin ölkənin şimal hissəsində bəzi müsəlman şagirdlərin hicab taxdığını söyləyərək belə açıqlama verib: “İnsanların dini dəyərlərinə hörmətlə yanaşırıq. Lakin hansı ölkədə yaşadığımızı da unutmamalıyıq”.

Bu tip dini təbliğatların başqa dinin nümayəndələrinə də təsir etdiyini söyləyən prezident Avropanın bu məsələyə münasibətini öyrəndikdən sonra lazımi addımlar atacağını deyib.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et