525.Az

“Lider”dən ayrılan teleaparıcı: “Jurnalistikanı tərk edirəm”


 

“Lider”dən ayrılan teleaparıcı: “Jurnalistikanı tərk edirəm”<b style="color:red"></b>

“Lider” telekanalının aparıcısı Mehman Mehdiyev jurnalistikadan ayrılmaq qərarına gəlib.

525.az-ın məlumatına görə, “Səda” xəbərlər proqramının aparıcısı televiziya ilə yollarını ayırıb.

Mehman Mehdiyev 525.az-a verdiyi açıqlamada öz istəyilə kanalı tərk etdiyini söyləyib:

“Rəhbərlik başda olmaqla “Lider” telekanalının bütün əməkdaşları ilə yaxşı münasibətdəyəm. Heç bir problem yoxdur. Televiziyadakı fəaliyyətimi dondurmağa qərar verdim”.

Televiziyanı və jurnalistikanı tərk etdiyini bildirən Mehman Mehdiyev bundan sonrakı fəaliyyəti haqda danışıb:

“Artıq həyatımı jurnalistika ilə bağlamaq istəmirəm. İş yerimi dəyişməyi qərarlaşdırmışam. Gələcək işim haqda hələ ki, informasiya verməyəcəyəm. Amma jurnalistika ilə məşğul olmayacağım dəqiqdi”.

Xatırladaq ki, 1998-ci ildən “Space”ə gəlişi ilə televiziya fəaliyyətinə başlayan Mehman Mehdiyev 2002-ci ildən “Lider” TV-də çalışırdı.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et