525.Az

Uşaqlar üçün göz müayinəsi vacibdir


 

Uşaqlar üçün göz müayinəsi vacibdir<b style="color:red"></b>

Həkimlər 1 yaşınadək uşaqları göz müayinəsindən keçirməyin vacibliyini söyləyib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mütəxəssislər erkən vaxtlarda körpələrin göz müayinəsindən keçməyinin vacibliyindən danışıb. Həkimlərin sözlərinə görə, bəzi valideynlər uşaqların gözlərində olan çəpliyin qarşısıalınmaz olduğunu söyləyirlər.

Onların bu fikirdə yanıldığını deyən mütəxəssislər belə halın qarşısını almaq üçün erkən vaxtlarda zəruri addımlar atmağı məsləhət görüblər: “Erkən diaqnoz və müalicə üçün körpələrin göz müayinəsinin 1 yaşına qədər olması vacibdir. Çəplik müalicə olunmadıqda gözdə zəifləmə artır”.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et