525.Az

"Harri Potter"in rekordu qırıldı


 

"Harri Potter"in rekordu qırıldı<b style="color:red"></b>

Dünyada 40 milyondan artıq satılan "Fifty Shades of Grey" (Boz rəngin 50 kölgəsi)  “Harry Potter”in də rekordunu qırıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, üç hissədən ibarət olan pornoqrafik kitab bundan əvvəl Stefani Meyerin məşhur "Twillight" ("Alatoran") əsərini və Den Braunun ""The Lost Symbol" ("İtmiş simvol") kitabını geridə qoymuşdu.  

Fransada əsərin müəllifi E.L. Ceymsin qatıldığı imzalama mərasimində kitab 40 min, növbəti gün isə 15 min nüsxə satılaraq, “Harry Potter”in rekordunu qırıb. Dünyanın 37 dilinə tərcümə edilən kitab ilk olaraq elektron variantda oxuculara təqdim olunub. Əsərə böyük marağın olduğunu görən yazıçı onun çap variantını hazırlatmağı qərara alaraq oxuculara təqdim edib. Erika Mitchellin E.L. Ceyms ləqəbi yazdığı əsərdə zəngin iş adamıyla universitet tələbəsi arasındakı əlaqədən bəhs edilir.

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et