525.Az

Hansı ölkələrdə 18 yaşda deputat olmaq olar?


 

Hansı ölkələrdə 18 yaşda deputat olmaq olar?<b style="color:red"></b>

Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılan məsələlərdən biri də 18 yaşında namizədlərə seçilmə haqqını verən qərardır. 

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, TBMM-in Araşdırma Mərkəzi dünya ölkələrinin təcrübəsini nəzərdən keçirib. Araşdırmaların nəticələrinə görə, Avropanın 45 ölkəsində namizədlərə 18 yaşdan etibarən seçilmək imkanı verilir. Bu ölkələr arasında Almaniya, Avstraliya, Çin, Danimarka, Fransa, Finlandiya, İsveç, İsveçrə, Macarıstan, Norveç və Portuqaliyanın da adı var. Dünyanın 60 ölkəsində bu yaş həddi 25, 8 ölkədə isə 30 hesab olunur. Digər ölkələrdə bu yaş həddinin neçə olmasına nəzər yetirək.

Şimali Koreya-17 yaş
Şərqi Timorda-17 yaş
Bəhreyində 20 yaş
Butanda 25-65 yaş arası
İranda 26-75 yaş arası
Somalidə 25-75 yaş arası

Nigar Məhərrəm

 





19.10.2012    çap et  çap et