525.Az

"Tvitter"dən ilk rəsmi qadağa


 

"Tvitter"dən ilk rəsmi qadağa<b style="color:red"></b>

“Tvitter” ilk dəfə ölkə qanunlarına zidd olaraq Almaniyada müəyyən qadağalar tətbiq edib.
 
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sosial şəbəkə ötən gün ilk rəsmi qadağası haqda açıqlama verib. Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Tvitter” Aşağı Saksoniya əyalətinin "Besseres Hannover" təşkilatı tərəfindən bu sosial şəbəkədə yayılan milliyətçi tvitlərə blok qoyub.

“Tvitter”in hüquq msləhətçisi də şirkətin ilk dəfə olaraq “Tvitter”də müəyyən istifadəçilərə qadağa qoyduğunu təsdiqləyib. Qeyd edək ki, Hannover polisi 25 sentyabrda “Tvitter”ə müraciət edərək Almaniyanın bir neo-Nazi qrupunun fikirlərinin bu sosial şəbəkədə yayılmasına qadağa qoyulması üçün müraciət edib. Hannover əyalətinin səlahiyyətliləri qrupun əmlakının ələ keçiriləcəyi, onların bu sosial şəbəkədə yayılan informasiyalarının blok ediləcəyi haqda informasiya verib.

Tvitterin bu addımı Almaniya ictimaiyyətində birmənalı qarşılanmayaraq, söz və ifadə azadlığının boğulması adlandırılıb.

Nigar Məhərrəm

 





20.10.2012    çap et  çap et