525.Az

Seyid Şuşinskinin 125 illiyi qeyd edilib- Foto


 

Seyid Şuşinskinin 125 illiyi qeyd edilib- <b style="color:red">Foto</b> Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzinin və "Xan Şuşinski" fondunun təşkilatçılığl ilə Azərbaycan Muğam ifaçılıq məktəbinin bünövrə sütunlarından biri böyük pedaqoq ustad xanəndə və xeyriyyəci Xalq artisti Seyid Şuşinskinin anadan olmasının 125 illik yubiley tədbiri keçirilib.

525.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan təntənəli tədbirdə Zeynəb Xanlarova, İslam Rzayev, Qulu Əskərov, Elmira Rəhimova, Əlibaba Məmmədov, Nəzakət Məmmədova, Vəli Məmmədov, Vahid Abdullayev, Süleyman Abdullayev və. s. kimi böyük ustadları yetişdirən dahi sənətkarın xatirəsi yad edilib.
 
Seyid Şuşinski həm də 1911-1919 cu illərdə Tiflisdə yaşadığı zamanda onlarla Azərbaycanlı balasının təhsil almasına yardım göstərib, Azərbaycandan Tiflisə konsert proqramı ilə qastrol səfərinə gedən musiqiçilərə teatr truppalarına hər cürə köməklik göstərib. Eyni zamanda o, Fikrət Əmirovun "Şur" simfonik muğamının ərsəyə gəlməsində də bir muğam bilicisi kimi yaxından iştirak edib.

 





28.04.2014    çap et  çap et