525.Az

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət etdi


 

Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət etdi<b style="color:red"></b> Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşlara müraciət edib.
 
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır: “Mədəniyyət və Turizm Nazirliyi əhalinin nəzərinə çatdırır ki, turizm şirkətləri vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyəti üçün verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və "Turizm haqqında" qanunun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər”.
 
Nazirlikdən o da bildirilib ki, vətəndaşlar turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlə üzləşdiyi halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya [email protected] elektron ünvanına rəsmi müraciət edə bilərlər.
 





28.04.2014    çap et  çap et