525.Az

Xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi qeyd olunub


 

Xalq artisti Tofiq İsmayılovun 75 illik yubileyi qeyd olunub<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində milli kino sənətinin inkişafında mühüm xidmətləri olan tanınmış kinorejissor, Xalq artisti, professor Tofiq İsmayılovun anadan olmasının 75, sənət fəaliyyətinin isə 55 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.

Beynəlxalq Muğam Mərkəzinin foyesində kinorejissorun həyat yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub. Tanınmış elm, mədəniyyət incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Rafael Hüseynov ömrünün 55 ilini Azərbaycan kinosuna həsr etmiş Tofiq İsmayılovun özündə, varlığında, şəxsiyyətində universal bilikləri, qabiliyyətləri yaşadan bir insan olduğunu söyləyib: "O, kino yaradıcılığında da bu qabiliyyətlərin hər birini qovuşdura bilib. Ona görə onun yolu, şəxsiyyəti sənətdə qoyduğu irs bənzərsizdir, yalnız onun özünəməxsus yoludur, üslubdur. İlk işlərindən biri Müslüm Maqomayev haqqında çəkdiyi "Oxuyur Müslüm Maqomayev" filmidir.

Müslüm Maqomayev haqqında filmlər hazırlanarkən, verilişlər çəkilərkən mütləq Tofiq İsmayılovun filminə müraciət olunur. On illər keçsə , Müslüm Maqomayev o filmdə həmişə canlı olacaqdır. Fəaliyyətə aktyor kimi başlamış Tofiq İsmayılov onlarla bədii filmə quruluş verib. Filmlərində adları kino tariximizə qızıl hərflərlə yazılmış parlaq simaları çəkib. İşgüzar rejissor, həmçinin uşaq kinosu sahəsində məhsuldar işləyib, "Mən mahnı qoşuram", "Musiqi müəllimi" kimi filmləri ekranlaşdırıb. Rejissorun filmləri arasından "Gilas ağacı", "Bizim küçənin oğlanları", "Oxuyur Müslüm Maqomayev", "Çarvadararların izi ilə", "Vulkana doğru", "Əzablı yollar", "Ölsəm... bağışla", "Sürəyya" başqa, yüksək bədii zövqü ilə seçilən, milli mənəvi dəyərlərimizin qorunmasına təbliğinə xidmət edən ekran əsərlərini qeyd etmək olar. O, həmçinin Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında bədii-sənədli filmlər çəkib. Rejissorun yarım əsrdən çox dövrü əhatə edən sənət yolu yalnız kino yaradıcılığı ilə məhdudlaşmır. O, həm uşaqlar üçün pyeslər, hekayələr yazmışdır, 100-ə yaxın elmi-publisistik məqalənin müəllifidir".

Tədbirdə vurğulanıb ki, Tofiq İsmayılov uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professorudur, yetişdirdiyi bir çox tələbələr bu gün sənətdə aparıcı mövqe tuturlar. O, bir müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs deyib, iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət göstərib.

Yubiley gecəsində Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor Eldar Quliyev tanınmış kinorejissoru təbrik ediblər. Yubilyara Kinematoqrafçılar İttifaqının təbrik ünvanı Yazıçılar Birliyinin fəxri diplomu təqdim olunub.

Tədbirdə kinorejissora həsr olunmuş fotokollaj, ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib, çəkdiyi filmlərdən fraqmentlər göstərilib.

"Musiqi müəllimi" filmində baş rolun ifaçısı, tanınmış sənətçi Sərxan Sərxan, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynov digər sənətçilər yubilyarı öz ifaları ilə təbrik ediblər.

Sonda Tofiq İsmayılov çıxış edərək çəkdiyi filmlərin, yazdığı kitabların xalq üçün olduğunu söyləyib: "Məhz tamaşaçıların alqışları məni bu yaşa gətirib çıxarıb".

S.ABDULLAYEVA

 





29.04.2014    çap et  çap et